Maraqlı

Pis ağız qoxusunu yox edən 5 SINANMIŞ TƏBİİ VASİTƏ

14 Aprel 2019 19:21
0 Şərh     Baxış: 1 786

Pis ağız qoxusunun əsas səbəbləri xarab dişlər, ağız boşluğunun natamam gigiyenası və burun-udlaq infeksiyaları (sinusitlər, angina və s.).

Dişləri və burun-udlaq infeksiyalarını vaxtında müalicə etmək və gündə 2 dəfə dişləri yumaqla (səhər və şam yeməyindən sonra) pis ağız qoxusundan azad olmaq mümkündür.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, xalq təbabəti pis ağız qoxusunu yox etmək üçün bu kimi vasitələri təqdim edir:

1. Nanə, kərəviz və ya cəfərini çeynəyin. Bu göyərtilər pis ağız qoxusunu yox etməyə kömək edir.

2. Alma yeyin.  

3. Muskat qozunun (cövüz) kiçik tikəsini çeynəyin. Muskat qozu ağız boşluğuna yaxşı antiseptik təsir edir.  Həmçinin muskat  ürək və qaraciyər üçün çox faydalıdır, həzmi yaxşılaşdırır.

4. Dəfnə yarpağını çeynəyin.

5. Yarım stəkan suya hərəsindən 1 çimdik darçın və zəncəfil əlavə edin, qarışdırın və bu su ilə ağız boşluğunu səhər və axşam (dişlərinizi yuduqdan sonra) yaxalayın. Bunu gündə bir neçə dəfə edin.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.