Maraqlı

Sürətlə arıqladan yeni üsul - İsveçrə diyetoloqlardan mükəmməl PƏHRİZ

14 Aprel 2019 19:19
0 Şərh     Baxış: 1 494

Zəmanəmizin qadınlarının əksəriyyəti həm intellektual və mənəvi, həm də fiziki cəhətdən kamilliyə doğru can atmaqdan yorulmur. Odur ki, müxtəlif pəhrizlər son illərdə daha populyar olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Demol pəhrizi ən təhlükəsiz pəhrizlərdən biridir. Pəhrizin müəllifi tanınmış İsveçrəli diyetoloq və həkim Doktor Demol. Bu, xüsusilə aktiv həyat tərzi yaşayan və ciddi pəhrizlər saxlaya bilməyən insanlar üçün faydalıdır.

Bu pəhriz mövsüm keçidlərində daha effektlidir. Mütəxəssislər onu ildə 4 dəfə onu tətbiq etməyi tövsiyə edir: Dekabrın əvvəlində, mart, iyun və sentyabrda. Əgər bu pəhrizə 4 gün ardıcıl şəkildə əməl edilsə, iki, bəlkə də üç kq-dan arıqlamaq olar.

İsveçrəli həkimin bu pəhrizinin başqalarından prinsipial fərqi ondadır ki, o, orqanizmə heç bir zərər vermədən sürətlə arıqlamağı vəd edir və heç bir əks göstəriş yoxdur. Demolya pəhrizinə başlamazdan əvvəl müəyyən qaydaları var ki, bunları bilmək vacibdir.

Pəhrizə riayət qaydaları

1. Hər gün ən azı 1,5 litr təmiz su içməlisiniz.

2. Yeməyi gündə dörd dəfə və az miqdarda qida qəbul etmək lazımdır.

3. Spirtli içkilər və kvas rasiondan xaric olunmalıdır.

4. Gün ərzində tərkibinə şəkər və nişasta daxil olmayan meyvə və tərəvəzsiz meyvə yeyə bilərsiniz (kələm, xiyar, kahı, soğan, şirin bibər, lobya, bütün növ göyərti).

Həmçinin doktor Demol pəhrizində istifadə edilən məhsulların siyahısını müəyyənləşdirib, onun sayəsində pəhriz maksimal dərəcədə balanslaşdırılmış və müxtəlif olacaq.

Gündəlik pəhrizə daxil olan ərzaqlar:

- 300 q qaynadılmış və ya pörtlədilmiş ət/balıq

- 2 yumurta

- 2 stəkan süd və ya digər süd məhsulları

- 3-4 çay qaşığı bal

- 50 q kəsmik

- 4 dilim tamdənli çörək

- 100 qram yüksək keyfiyyətli makaron və ya iki iri kartof

- Meyvə və tərəvəzlər qeyri-məhdud sayda

İstədiyimiz nəticəni qazanmaq üçün bu siyahıya heç bir halda heç bir məhsul əlavə etmək olmaz, əgər hansısa məhsulları sevmirsinizsə, onda sadəcə siyahıdan çıxara bilərsiniz.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.