Maraqlı

Yeganə həqiqi sevgiyə inam: bu, niyə təhlükəlidir?

13 Aprel 2019 22:32
1 Şərh     Baxış: 810

Klassik romantiklərin sevgi haqqında təsəvvürləri yanlışdır. Siz də onlardansınızsa, yəni sizin ikinci yarınız olan birinin mövcudluğuna və onu tapacağınıza inanırsınızsa, sevgi münasibətlərinizin uğursuz sonluqlarına hazır olun.

Sevdiyiniz şəxslə aranızdakı problemlər barədə dostlarınıza danışdığınız vaxtlar olubmu?

Onların "Bunlar ki, xırda məsələlərdir, dilxor olası bir şey yoxdur" dediklərini xatırlayırsınızmı?

Bəs, sizin fikrinizcə özünə heç uyğun gəlməyən biriylə sevgili olan, amma buna baxmayaraq həmin adamla münasibəti gündən-günə yaxşılaşan dostunuz necə, varmı?

Psixoloqlar sevgi münasibətlərini necə qurmağımıza və onları davam etdirməyimizə təsir edən faktorları iki şkala üzrə qruplaşdırıblar.

Birinci şkala bizim hansısa şəxs haqqında ilkin təəssüratlarımıza və onunla uyğunluğumuzun ilkin əlamətlərinə nə dərəcədə önəm verdiyimizi müəyyən edir.

İkinci şkala isə sevgi münasibətlərində üzə çıxan problemlərin həllinə hazır olub-olmadığımızı üzə çıxarır.

Bu şkalaları münasibətlərin gizli (üzdə olmayan) nəzəriyyələri adlandırırlar.

Çünki biz onlar haqqında nadir hallarda danışırıq.

Biz intuitiv olaraq özümüzü hardasa bir yerdə bizi gözləyən yeganə və həqiqi sevgiyə inanan biri hesab edə bilərik, amma bunu başqalarıyla müzakirə etməyi xoşlamırıq.

Yeni münasibətə başlayanda biz heç bu haqda düşünmürük də.

Nəzəriyyə şkalaları bizə çox şey "danışa" bilər - məsələn, münasibətimizdəki problemləri partnyorumuzla müzakirə etməkdən yayınacağıqmı; qaşınmayan yerdən qan çıxaracağıqmı; münasibəti bitirmək qərarına gəlsək, bunu qarşı tərəfin hisslərini nəzərə almadan, kobud şəkildə edərikmi və sairə.

Bundan başqa, münasibətlərə fərqli yanaşmalar sayəsində partnyorumuzun hansısa seçiminin bizə niyə anlaşılmaz göründüyünü də başa düşə bilərik.

İlk baxışdan sevgiyə inanırsınızmı? Yoxsa zaman keçdikcə sevginin azaldığını düşünürsünüz?İlk baxışdan sevgiyə inanırsınızmı? Yoxsa zaman keçdikcə sevginin azaldığını düşünürsünüz?

"Mənim ikinci yarım" şkalası

Aşağıdakı suallara cavablarınızı 1-dən 7-yə qədərki aralıqda qiymətləndirin.

1 - "Qətiyyən razı deyiləm", 7 - "Tamamilə razıyam".

1. Sevgi münasibətlərinin uğuru partnyorların bir-birinə uyğunluq dərəcəsindən asılıdırmı (partnyor doğru seçilibmi)?

2. Mənə uyğun gələn ideal (və ya ideala uyğun) partnyor var - sadəcə onu tapmam lazımdır.

3. Evlilikdə çoxları əriylə (və ya arvadıyla) arasında mövcud olan dərin bağı aşkar edir.

4. Mənim üçün çox vacibdir ki, biz toydan sonra da ərimlə (və ya arvadımla) bir-birimizi sevək.

5. Sevməsəm, ərə getmərəm (evlənmərəm).

6. Mənə tam uyğun gələn insan yoxdur.

7. Mən istəyirəm ki, gələcək ərim (və ya arvadım) indiyə qədər tanıdığım insanların ən yaxşısı olsun.

8. İdeal insan tapmağa çalışan insanlar boşuna vaxt itirirlər.

9. Bir çox ailələrin dağılma səbəbi ər və arvad arasındakı uyğunsuzluqdur.

10. İnsanlar arasındakı əlaqə onlar hələ bir-birini tanımadıqları zamandan mövcud olur.

İndi ballarınızı hesablayın. Əvvəlcə 1, 2, 3, 4, 5, 7, 9 və 10-cu suallar üçün yazdığınız rəqəmləri toplayın.

6 və 8-ci suallarla bağlı belə davranın: yazdığınız balı 8 rəqəmindən çıxın - məsələn, 6 yazmısınızsa, balınız 8-6=2 olacaq.

Bütün rəqəmləri üst-üstə gələndən sonra alınan nəticəni 10-a bölün.

Alınan rəqəm "Mənim ikinci yarım" şkalası üzrə orta balınızdır.

"Biz hər şeyi yoluna qoyarıq" şkalası

Bu şkalada da sualları yuxarıdakı qaydada - 1-dən 7-yə qədərki aralıqda cavablandırın:

1 - "Qətiyyən razı deyiləm", 7 - "Tamamilə razıyam".

1. Sevgi münasibətlərinin uğuru tərəflərin bu münasibətlərə nə dərəcədə ciddi yanaşmasıdan asılıdır.

2. Ailədə səy göstərmək bir-birinə uyğun olmaqdan vacibdir.

3. Münasibət zamanı sevgi inkişaf edir və artır ("hazır" sevgi tapıb sonra ondan istifadə etmək düşüncəsinin əksi).

4. Əgər insanlar səy göstərsəydilər, evliliklərin çoxu uğurlu olardı.

5. Mən ağıllı və dərrakəli olan istənilən adamla ailə quraram.

6. Uğursuz evliliklərin səbəbi odur ki, insanlar münasibətlərini düzəltməyə çalışmırlar.

7. Birini yaxşı tanımaq üçün onunla çoxdan tanış olmuş olmaq lazımdır.

8. Mən təsadüfi biriylə ailə qurmağa etiraz etmərəm.

9. Birlikdə yaşadığın adamı ancaq müəyyən qədər vaxt keçəndən sonra tanımaq olar.

Bu şkala üzrə balınızı öyrənmək üçün bütün rəqəmləri toplayıb 9-a bölün.

Cavablandırdığınız suallar gizli nəzəriyyələr, evliliklərin uzunömürlülüyü və ailə institutundan məmnuniyyət məsələlərini araşdıran Avrora Universitetinin (İllinoys ştatı) əməkdaşı Renae Franiuk-un hazırladığı "Sevgi münasibəti nəzəriyyələrinin sual kitabçası"ndan götürülüb.

Renae Franiuk-un "Mənim ikinci yarım" və "Biz hər şeyi yoluna qoyarıq" adlandırdığı şkalaları digər araşdırmaçılar "tale" və "inkişaf" olaraq qeyd edirlər.

"İnkişaf" şkalası üzrə çox bal toplayanlar münasibətlərdəki problemləri daha asan həll edirlər"İnkişaf" şkalası üzrə çox bal toplayanlar münasibətlərdəki problemləri daha asan həll edirlər

Franiuk deyir ki, adətən, "Mənim ikinci yarım" şkalası üzrə daha çox bal yığılır və sualları cavablandıranlar buna təəccüblənirlər:

"İnsanların çoxu elə hesab edir ki, "Biz hər şeyi yoluna qoyarıq" tipinə aiddir, amma sorğuların nəticələri göstərir ki, əslində böyük əksəriyyət daxilən öz "ikinci yarısı"nı gözləyərək yaşayır".

"İnsanlar ilk dəfə bu nəzəriyyələr haqqında eşidəndə "mənim ikinci yarım" məsələsinə etiraz edirlər, çünki bu, çox qeyri-elmi variantdır.

Amma biz nisbətən "elmi" səslənən termin seçə bilərik və insanlar sevgi münasibətlərinə baxışlarının o kateqoriyaya aid edilməsindən utanmazlar".

Beləliklə, siz ballarınızı hesabladınız. Nəyə diqqət etməlisiniz?

"İnkişaf" şkalası üzrə daha çox bal toplayanlar münasibətlərdəki problemləri daha asan həll edə bilirlər.

Problemlər və onların birgə həlli belə adamları bir-birinə daha da yaxınlaşdırır. Belə insanlar deyirlər ki, həll edilmiş konfliktlər onların münasibətlərini yaxşılaşdırır.

Zaman-zaman müəyyən xırda problemlər tapmaq onlar üçün hətta zərurətə çevrilir - birlikdə öhdəsindən gəlib evliliklərini tonusda saxlayırlar və münasibətlərinə daha çox dəyər verirlər.

Konfliktləri həll etmək onların xoşuna gəlir.

Ona görə "İnkişaf" nəzəriyyəsinin ardıcılları hətta ciddi uyğunsuzluq halını da normal qarşılayırlar.

Onlar hesab edirlər ki, uyğunlaşma zamanla əldə edilir və bunun üçün əmək sərf etməyə dəyər.

"Tale" nəzəriyyəsinin tərəfdarı ideal hesab etdiyi partnyorunun əslində heç də ideal olmadığını aşkar edəndə hər hansı konflikt onların münasibətini hələ başlanğıcdaykən korlaya bilir."Tale" nəzəriyyəsinin tərəfdarı ideal hesab etdiyi partnyorunun əslində heç də ideal olmadığını aşkar edəndə hər hansı konflikt onların münasibətini hələ başlanğıcdaykən korlaya bilir.

"Tale"yə inanlarda isə tam əksidir və bu, münasibətlərin son dərəcə pisləşməsiylə nəticələnir.

Tanışlığın ilk mərhələsində hər hansı problem onların ayrılmasına gətirib çıxara bilir, çünki "tale" nəzəriyyəsinin tərəfdarı qəflətən aşkar edir ki, onun ideal partnyoru əslində heç də ideal deyilmiş.

Taleyə inanan insan deyə bilir ki, partnyoru "əslində heç vaxt onu dərindən anlamayıb", kiçik bir konfliktsə onda bu fikri doğurur: "Biz bir-birimizə uyğun deyilik".

Franiuk qeyd edir ki, bu hal hətta uyğunluq problemi olmayan şəxslər arasında da yarana bilir.

Ən pisi də odur ki, belə adamlar partnyorlarından çox sərt şəkildə ayrılırlar.

"Həqiqi sevgi"yə inananlar keçmiş partnyorlarından uzaq durmağa, onları görməzdən gəlməyə başlayırlar.

Ola bilsin, ona görə ki, ideal olmayan biriylə münasibət saxlamağı mənasız hesab edirlər.

Sosial qopmalar problemini araşdıran St Mary's kollecinin (Maryland) psixoloqu Gili Freedman qeyd edir ki, belə şəxslər öz davranışlarında qəbahət görmürlər: "Halbuki "İnkişaf" şkalası üzrə balı çox olanlar buna mənfi yanaşırlar".

"Həqiqi sevgi"yə inanlar münasibətlərini çox kobud şəkildə bitirə bilirlər"Həqiqi sevgi"yə inanlar münasibətlərini çox kobud şəkildə bitirə bilirlər

Taleyə inananlar yaranmış konfliktə görə partnyorlarıyla münasibətlərini bitirməsələr (hələ də onun ideal olduğuna inansalar) belə, bu, sadəcə problemi görməzdən gəlmələriylə bağlıdır.

"Onlar ona görə partnyorlarına dözümlü yanaşıb mübahisələrdən qaçırlar ki, ideal birini tapdıqlarına inanmaq istəyirlər" - Franiuk belə deyir.

"Kiçik miqyaslı mübahisələrdə bu cür davranış müsbət nəticə verə bilər.

Amma əgər siz ciddi konfliktlərdən də qaçırsınızsa, nəticə etibarilə sizə uyğun gəlməyən biriylə qalmış olursuz. Və bunun çox ağır nəticələri ola bilər".

"Həyatının sevgisi"nə inanan, partnyoruyla uzun müddət bir yerdə yaşamış şəxslər evliliklərindəki böyük problemləri ciddiyə almadan özlərinə təlqin edirlər ki, seçdikləri partnyor onlara uyğundur - axı çoxdan bir yerdə yaşayırlar!

Franiuk deyir ki, belə münasibətlərin ömrü uzandıqca, həqiqi sevgiyə inananlar məişət zorakılığına daha tez-tez məruz qalırlar: "Onların yerinə başqaları olsa, təhlükə əlamətlərini çoxdan görər və tərəddüd etmədən ayrılardılar".

Elə təəssürat yaranır ki, zaman sevgi haqqında romantik təsəvvürləri dəyişdirmir: "Mənim ikinci yarım" ideyasına inananlar ömürlərinin axırına qədər fikirlərini dəyişmirlər.

Münasibətlərdəki problemin birgə həlli "İnkişaf" nəzəriyyəsi tərəfdarlarını partnyorlarıyla yaxınlaşdırırMünasibətlərdəki problemin birgə həlli "İnkişaf" nəzəriyyəsi tərəfdarlarını partnyorlarıyla yaxınlaşdırır

Amma bu iki şkala bir-birini inkar etmir.

"Bir yandan siz əmin ola bilərsiniz ki, hər iki tərəf istəsə və buna səy göstərsə, münasibətləri yoluna qoymaq mümkündür. Digər yandansa ideal partnyorunuzun mövcud olduğuna inanmaqda davam edərsiniz" - Freedman belə deyir.

Bu o deməkdir ki, sevgiyə "köhnə" romantikayla yanaşmanız perspektivsiz görünən münasibətləri kobud şəkildə bitirəcəyiniz anlamına gəlmir.

Hətta ola bilsin, prosesə daha dərin və praqmatik yanaşıb belə münasibətləri xilas etməyə də cəhd göstərəsiniz - hər bir insanda çoxlu fərqli xüsusiyyətlər var və sağlam münasibətlərə mane olan problemlərdən yan keçməyə çox vaxt bizim məhz belə mürəkkəb olmamız kömək edir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    U · 14 Aprel 00:3100

    Boş menasız

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.