Maraqlı

“Bluetooth” qulaqcıqlar xərçəng yaradır? - ARAŞDIRMA

13 Aprel 2019 20:32
0 Şərh     Baxış: 2 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda internetdə naqilsiz qulaqcıqların xərçəng riskini artırdığı haqda xəbərlər yayıldı.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 2015-ci ildə dərc edilən bir məqalədə 42 ölkədən olan 247 alimin naqilsiz qulaqcıqların elektromaqnit sahə yaradaraq, insan sağlamlığına mənfi təsiri qeyd olunur.

Elektromaqnit sahəsi nədir?

Elektromaqnit sahəsi elektrik dalğaları tərəfindən əmələ gələn gözəgörünməz enerji və şüa sahəsidir. "Bluetooth" və naqilsiz qulaqcıqlardan istifadə zamanı xüsusi tipli ionlaşmayan radioaktiv şüalanma yaranır. Bu qurğulara mikrodalğalı sobalar, smartfonlar, kompüterlər də aiddir.

Baxmayaraq ki, "Bluetooth" və naqilsiz qulaqcıqlar mobil telefonlarla müqayisədə aşağı şüalanmaya malikdirlər, onlar alimlərin ciddi narahatlığını doğurur.
Bu qurğuların insanın başına daha yaxın olması beyinin daha çox şüalanmaya məruz qalmasına səbəb olur.
 
Eyni şey hər gün bir neçə saat müddətində qulaqcıqla musiqi dinləyən insanlara da aid edilə bilər. Bu əsasən də radiasiyaya daha həssas olan uşaqlar üçün təhlükəlidir. Onların başları balaca və kəllə sümükləri daha nazikdir. Buna görə də onların elektromaqnit şüalanmaya məruz qalmaları daha təhlükəli hesab olunur.

Bu qurğuların şüalanmasından qorunmaq üçün ən yaxşı üsul mobil telefonun üzdən 25 sm aralı tutulmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.