Maraqlı

Kasıb və darısqal evdə yaşayanlar daha çox xərçəngə tutulur - ALİMLƏR

13 Aprel 2019 22:22
2 Şərh     Baxış: 1 440

Çin alimləri yeni elmi araşdırmaları ilə insanın yaşayış şəraitinin, qaldığı evin ölçüsünün, darısqallığının, hətta əşyaların sıxlığının da xərçəng yaratmasına səbəb olduğunu sübut ediblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Dalyan tibb universitetinin alimləri laboratoriyada siçanlar üzərində maraqlı eksperimentlər aparıblar.
Şiş hüceyrələri köçürülmüş siçanları 2 qrupa bölüblər. 1 qrupu geniş, rahat, böyük korpusa, digər qrupu dar, sıx, qaranlıq korpusa salıblar.

Darısqal, sıx kameralarda yaşayan siçanlarda hüceyrələr bədxassəli şişə sürətlə çevrildi. Rahat, geniş korpusda dolaşan siçanlarda isə əksinə, şiş hüceyrələri çox ləng inkişaf edirdi. Təcrübənin sonun bu iki qrup siçanlarda yaranmış xərçəng şişlərinin ölşüsü bir-birindən çox fərqlənirdi.

Alimlər belə nəticəyə gəldilər ki, darısqal, yarıqaranlıq, şəraitsiz kameralarda saxlanılan siçanlarda psixoloji stress səviyyəsi çox yüksəkl olub, bu da xərçəng hüceyrələrini sürətlə böyüdüb.

Bu siçanlarda daim depressiya müşahidə olunub, qanda adrenalin hormonu çox yüksək olub.
Bir sözlə, şəraitsiz, darısqal, kiçik, sıx əşyalı mənzillərdə yaşayan insanlarda da eyni proses baş verdiyindən bu insanlarda da xərçəng yaranma və orqanizmdə olan şiş hüceyrələrinin aktivləşib böyüməsi, yayılması sürətlənir.

Alimlər darısqal evi özünə dərd etməməyi, bununla barışmağı və kiçik evdə də xoşbəxt olmağın yollarını tapmağı məsləhət görür. Çünki xərçəngi böyüdən evin darlığı yox, orda yaşayan insanın bu şəraitlə barışmaması, üsyanı və daim stressdə olmasıdır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Papatya · 13 Aprel 22:5730

    "Çünki xərçəngi böyüdən evin darlığı yox, orda yaşayan insanın bu şəraitlə barışmaması, üsyanı və daim stressdə olmasıdır." Ay sagol demek ki, nedi- saraylarda yaşasan bele, daxili rahatliq ve xosbextliyin olmasidir onemli olan. Qizildan qefes onemli deyil. Siçanlari da rahat buraxin, lazimsiz alimler.

    Cavab yaz
  • Anonim
    eeee · 14 Aprel 08:0410

    Bunlarin basi lap xarab olub evveller bir evde 10 nefer yasayirdi xesdelikler yox idi .insanlari xesde Eden ele sizsiz basi bos alimler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.