Maraqlı

20 il sonra qaraciyərin sıradan çıxma halları 4 dəfə artacaq – Gənclər təhlükədə!

13 Aprel 2019 21:22
0 Şərh     Baxış: 2 352

Dünya həkimləri müasir gənclər arasında qaraciyərin qeyri-alkoqol səbəbli piylənməsi səbəbindən bu orqanın xəstəliklərinin kəskin və sürətli artması ilə bağlı həyəcan siqnalı verir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, içki içməyən insanlarda belə inkişaf edən qaraciyərin piylənməsi, bu orqanda həddən çox lipidlərin toplanması-steatoz səbəbindən baş verir.

Statistikaya görə, dünya əhalisinin 20%-i qeyri-alkoqol piylənmədən əziyyət çəkir. Bu xəstəlik ildən-ilə artmasl ilə cəmiyyətin sağlamlığı və iqtisadiyyat üçün ciddi fəsadlara gətirib çıxaracaq.

Əvvəllər bu problem 40 yaşından yuxarı insanların xəstəliyi hesab olunsa da, elmi araşdırmalar göstərir ki, indi hətta 23-25 yaşlı gənclər də qaraciyər piylənməsindən əziyyət çəkir.

Qaraciyərin belə piylənməsi diabet, qaraciyər xərçəngi, infakrt üçün zəmin  yaradır.
Bristol Universitetinin alimləri 4000 gənc insanı müayinə edərək, layihənin adını " 90-cı illərin uşaqları" qoyublar. Çünki hədəf 1990-1992- ci illər nəslinin qaraciyər göstəricilərini analiz etmək idi.

Bu insanların hamısı 18 yaşında Usm müayinə olunub və onların cəmi 2,5 %-də qeyri-alkoqol piylənmə aşkarlanmışdı. 5 il sonra həmin 4000 nəfər yenidən Usm olunur, bu dəfə artıq 20%-də qaraciyərin steatozu aşkarlanıb. Xəstələrin yarısının vəziyyəti artıq ağıra doğru gedirdi.
2,4 %-də isə qaraciyərin sirrozuna doğru vəziyyət tapılıb.

Doktor Kuşala Abeyseker bildirib ki, biz 24 -25 yaşlılar arasında hər 5 nəfərdən birinin steatozdan əziyyət çəkməsindən narahatıq.
Müayinə etdiyimiz indiki gənclər 20 il sonra 50-60 yaşına çatanda qaraciyər xəstəlikləri epidemiya halını alacaq.
20-30 il sonra normal qaraciyəri olan insanların sayı çox az olacaq.

Qaraciyərin müalicəsi, əməliyyatı isə tibb və iqtisadiyyat üçün çox bahalıdır və bu böyük böhran yarada bilər.
Qaraciyərin piylənməsinin 2 səbəbi var: alkoqol və piylənmə. Piylənmə isə qidalanmadan qaynaqlanır. Gənclər düzgün qidalanıb, sağlam pəhriz saxlamaqla qaraciyərini xilas etməlidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.