Maraqlı

Paltaryuyan maşında 6 saat yuyuldu, ölmədi – MÖCÜZƏ PİŞİK

13 Aprel 2019 23:12
6 Şərh     Baxış: 2 510

6 aylıq pişik Poppi paltaryuyan maşında 6 saatlıq yuyulmadan sonra sağ qalıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, avstraliyalı Kim Barr paltar səbətində yuxuya gedən pişiyi görmədən onu paltarlarla birlikdə paltaryuyan maşına qoyub. Maşın işə düşdükdən bir neçə dəqiqə sonra isə o, Poppinin yoxa çıxdığının fərqinə varıb. Evin sahibəsi bütün evi axtarsa da, pişiyi tapa bilməyib.

O, təsadüfən maşının sıxma rejiminə keçməsinə 10 dəqiqə qalmış pişiyin içəridə olduğunu görüb.

Maşın işini bitirdikdən sonra pişiyi təcili olaraq veterinara çatdırıblar. Həkim müayinəsi nəticəsində onun  başından və gözündən zədə aldığı məlum olub. Bundan əlavə, Poppinin bədən temperaturu da normadan aşağı olub, ciyərlərinə isə su dolub. Buna baxmayaraq, heç bir qırığı olmayıb.

3 həftədən sonra Poppinin səhhəti normallaşıb.
 
Buna bənzər hadisə 2011-ci ildə Şotlandiyada yaşanıb. Prinsessa ləqəbli pişik paltaryuyan maşından sağ-salamat çıxıb. Nəticədə heyvanın burnundan qan açılıb, gözləri ilə yuyucu tozun təsirindən iltihablaşıb. Amma bir müddət sonra o tamamilə sağalıb.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Ürəyiyumşaq · 13 Aprel 23:2140

    Yazıq

    Cavab yaz
  • Anonim
    Malik · 13 Aprel 23:2110

    Ona görədə pişikləri başsız qoymayasan. onlara nə var, hər yerə girərlər:)) hələ biri var idi soyuducuya girib donmuşdu.

    Cavab yaz
  • Anonim
    M-i · 13 Aprel 23:3820

    Ona gora deyilirda pisiklarin 7cani olur

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Aprel 23:5163

    Ay Allah şirinçəm ne yaxsi sağ qalıb Allahın qüdretine qurban olummm Menim toçno belə pişiyim var idi adı Neqış idi yani neqr menasinda qoymusduq

    Cavab yaz
  • Anonim
    Filantrop · 14 Aprel 00:4950

    Paltaryuyan maşınlarda 6 saat yuma rejimi yoxdur.

    Cavab yaz
  • Anonim
    Kuku · 14 Aprel 18:5300

    12 saatda var menim mawinimda var.gerek o rejme kecre bilesen. Bu yaxinlarda oxudum 1 qadin bile bile atib mawina itini ólmuwdi.hemen wirketi mehkemeye verib 1mly pulun almiwdikii,ustune niye yazib qoymamisiz ki it piwik yunaq olmaz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.