Maraqlı

Miqrendən qorunmaq üçün - 7 ÜSUL

13 Aprel 2019 20:02
0 Şərh     Baxış: 784

Miqren çevrəmizdə bir  çox insanın üzləşdiyi problemdir. Mədə bulantısı, şiddətli baş ağrıları keçmək bilmirsə, həyəcan təbili çalmağa ehtiyac var.

Milli.Az medicina.az-a istinadən qlobal problemdən qorunmaq üçün məsləhətləri təqdim edir.

Stress miqrenin ən önəmli səbəbidir.

Miqren olan insanlarda ani stressə məruz qalanda şiddətli baş ağrısı artır. Yuxusuzluq və yaxud tam əksinə həddindən çox yatmaq, uzun müddət ac qalmaq miqreninin yaranmasına səbəb olur. Mensturasiya dönəmində hormonal dəyişikliklərdə bədəndə ağrılar artır. Küləkli hava şəriti,spirtli içkilər,yuyucu toz qoxuları və ətir iyləri miqren ağrısını  yüksəldən amillərdir.

Müalicədə hədəf ağırnın tez-tez olmasının qarşısını almaq

Miqren diaqnozu qoyulduqdan sonra müalicə müddəti ən həssas dönəm hesab olunur. Pasiyentdə bir ay ərzində 3 və yaxud 4-dən çox miqren ağrısı tutursa mütləq müalicəyə ciddi yanaşılmalıdır. Düzgün həkim müalicəsi ilə ağrılardan xilas ola bilərsiniz.  Əgər xəstənin narahatlığı sadəcə ağrıkəsicilər vasitəsi ilə kəsirsə, deməli müalicə düzgün gedir. Bunun üçün də ən təsirli dərmanı qəbul etmək zəruridir.

Ən təsirli üsullar

Əgər xəstə 8 ay və daha çox müddətdə ağrılar15 gündən tez müşahidə edirsə, bu artıq xroniki miqrendir. Əzələlərə botoks toksini adlandırılan, qırışları aradan qaldırmaq üçün istifadə edilən maddədən istifadə edilir. Bu da əzələlərin aktivliyini azaldır. Bu zaman miqren ağrıları da ən aşağı səviyyədə müşahidə olunur. Təkrarlanan botoks müalicəsi ilə ağrılarda müsbətə doğru irəliləyiş qeydə alınır.

Migqenden qorunmaq üçün;

• Yuxu vaxtınıza laqeyid yanaşmayın, vaxtında yatın
• Qidalanmada balansı qoruyun, sağlam qidalara üstünlük verin. Səhər, günorta və axşam mütləq vaxtında yemək yeyin
• Gərginlik və stress yaradan stuasiyalardan uzaq durun.
• Daimi idmanla məşğul olun
• Çox küləkli havada bayıra çıxmayın
• Parlaq işıq,yüksək səsli mühitdən və kəsgin qoxular olan yerlərdən uzaq durun
• Hər gün ortalama hesabla 2-3 litr su için

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.