Maraqlı

Google assistentdə reklamlar göstəriləcək

16 Aprel 2019 21:01
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google şirkətinin səsli virtual assistentində, reklam nümayişi dövrü başlayır.

Google şirkəti istifadə sahəsi gün keçdikcə genişləyən Google assistentdə istifadəçilərə reklam göstərməyə hazırlaşır. Google Assistent reklamların başlanması ilə artıq soruşduğunuz bir suala cavab verərkən arada istifadəçilərə reklam da göstərəcək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, məsələn assistent, bir səmtdə uyğun hotel axtarış nəticələrini göstərəndə hotel təklifi də təqdim edə biləcək.

Google hər nə qədər bu reklam nümayişlərilə pul qazanmağı məqsəd qoysa da, xüsusilə reklamlardan xoşu gəlməyən və daha təmiz bir istifadəçi təcrübəsi istəyən istifadəçilərin reaksiyası ilə də qarşılaşa bilər.

Bir neçə həftədir müxtəlif reklam növlərini sınayan şirkət, təcrüblərdən sonra, Google Assistent tətbiqində reklam göstərməyə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.