Maraqlı

Xəstəxana infeksiyası hidrogen peroksidlə yox ediləcək

16 Aprel 2019 23:50
0 Şərh     Baxış: 979

Aparılan araşdırmalar nəticəsində MRSA olaraq bilinən xəstəxana infeksiyasının, mavi işıqla birləşən hidrogen peroksid ilə maneə törədilə biləcəyi təyin olundu.

Dünya üzərində hər üç nəfərin birində Staphylococcus aureus adlı bakteriya var. Bu bakteriya növü, burunun selikli qişasında olar və dəri üzərində yaşayarlar. Zərərsizdirlər. Bəzən yaralanma, dəri bütünlüyündə pozulma kimi səbəblər nəticəsində kiçik infeksiyalara səbəb olurlar və bu infeksiyalar antibiotiklərin köməyilə müalicə edilir. Bəzi Staphylococcus aureus bakteriyaları, antibiotiklərə qarşı dözümlüdür və bu hal insanlar üçün ölümcül ola bilər. Bu tip bakteriyalara MRSA deyilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, MRSA əməliyyat, ağır müalicə müddətləri kimi səbəblər nəticəsində immuniteti zəifləmiş olan xəstələrdə daha çox müşahidə olunur. Əməliyyatdan sonra ölüm səbəblərində ilk yerdə gələn MRSA üzərində araşdırmaları davam etdirən elm insanları, inqilabi xüsusiyyətdə bir kəşf etdilər.

Boston Universitetində aparılan araşdırmalar nəticəsində, hidrogen peroksidin mavi işıq altında MRSA bakteriyası üçün çox təsirli bir dərman olduğu müəyyən edildi. Asanlıqla tapıla bilən bir maddə olan hidrogen peroksid, bu sayədə MRSA-nin ölümcül nəticələrini yox edə bilər.

Bu araşdırmalarda, MRSA üzərinə mavi işıq salındı. Mavi işıq verildiyində 90% nisbətində MRSA bakteriyası ölmüşdü və bu yalnız 1 saniyə ərzində reallaşmışdı ancaq, müqavimət göstərə bilən bakteriyalar qısa müddətdə çoxalmağa başlamışdı və bu da MRSA üçün qəti həll olmamışdı.

Yeni kəşf edilən bu üsulun, həyatımıza nə vaxt daxil olacağı isə hələ dəqiqlik qazanmış deyil.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.