Maraqlı

Əxlaq nədir?

16 Aprel 2019 23:51
0 Şərh     Baxış: 1 436

Əxlaq sözü "xulq" sözünün cəmidir ki, mənası fitrət deməkdir. İnsanın o nəfsani sifətinə şamil edilir ki, insan qeyri-iradəvi olaraq onu yerinə yetirir.

O kəs ki, uzun illər sürücülük edər, hətta qeyri-iradəvi olaraq sürücülük edə bilər. Çünki bu əməl artıq onun zehninə qazılmışdır.

O kəs ki, bir dəfə sədəqə verər, bu işi hər gün görən insanlarla müqayisədə onu bağışlanmış kimi hesaba ala bilmərik.

Qərblilərin nəzərinə görə əxlaq, eləcə də Aristotelin əxlaqı daha çox zahiri etikada cəmlənmişdir. Halbuki, İslam məktəbində əxlaq insanın batininə aid edilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, misal üçün, İslam dinində səliqə - gözəl əxlaqın nümunələrindən biri hesab olunur. Səliqə, Allahla görüş üçün insanı hazır edən zəminələrdəndir. Ona görə də insanın zahiri ilə yanaşı, batininə də aiddir.

İslami olmayan əxlaqda səliqəli olmaq yaxşı rəftar kimi qiymətləndirilir. Bu əməldə insan öz mənfəətini güdür.

İslam dini əxlaqın dörd şöbəsini bizə tanıtmışdır:

1. İnsanın Allahla rabitəsinə aid olan əxlaq.

2. İnsanın özünə aid olan əxlaqı.

3. İnsanın başqa insanlara aid olan əxlaqı.

4. İnsanın təbiətə aid olan əxlaqı.

Din, insanları əxlaqa tərəf yönəldər. Əxlaqın meyarlarını din təqdim edər. Dinin əxlaqla rabitəsi o saata bənzəyir ki, müəyyən sayda əqrəblərə malik olar. Din, bu əqrəbləri hərəkət etdirən vasitədir. Əgər  doğru işləyərsə, zamanı da doğru göstərər. Ona görə də əgər dinə düzgün əməl olunarsa, insanda məkarim əxlaq inkişaf edər. Bu, həqiqi əxlaqdır, batini haldır, yalnız zahirlə kifayətlənməyən bir səciyyədir.

O zaman ki, ağacların yarpaqları onlara yaxşı baxılmadığına görə saralar, ağıllı çıxış yolu bu olar ki, həmin ağacın gövdəsinə və kökünə qulluq edilsin. Əgər budaqlara qulluq edilsə, ağaca fayda verməyəcəkdir. Bu misala əsasən, İslam dini də əxlaqın köküdür. Əgər onun budaqlarına diqqət edilərsə,  o zaman ağac fasidləşər və məhv olar.

Dinimiz əxlaqlı olmağın dörd yolunu göstərmişdir:

1. Müşaritə (yəni şərt qoymaq).

2. Müraqibə (nəzarət).

3. Mühasibə (hesaba çəkmək).

4. Müaqibə (tənbeh etmək).

İnsan bu metoda riayət etməklə, özünü islah edər, öz durumunu dönmədən yaxşılaşdırar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.