Maraqlı

Allah Təala Həzrət Abbasa mələklərə xas xüsusiyyət əta etmişdi

16 Aprel 2019 21:10
0 Şərh     Baxış: 1 047

Qətiyyətlə demək olar ki, necə ki, Musa (ə) ilə Harun yaxın qardaşlar idilər və qardaşlıqda hamı üçün nümunə idilər, eləcə də Peyğəmbər (s)  İmam Əli (ə) ilə, İmam Həsən (ə) İmam Hüseynlə (ə), Əbülfəzl Abbas (ə) İmam Hüseynlə (ə) belə idi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əhli-Beyt (ə) məktəbində Məsumlarımız (ə) həmişə hamı üçün örnək və nümunə olmuşdular. Heç bir zaman məsum olmayan birini onlara yaxın tutmamışdılar. Əbülfəzl Abbas və Xanım Zeynəb (s.ə), Həzrət Məsumə (s.ə) - tək insanlardır ki, məsum olmasalar da, bütün bəşər üçün nümunə və örnəkdirlər.

Məsum İmamların (ə) başqa övladları və qardaşları da olmuşdur ki, məsum olmamışdılar. Ancaq bu övladlardan heç biri Əhli-Beyt (ə) davamçılarının qəlbində sözügedən mübarək şəxsiyyətlər kimi məqama malik olmamışdılar.

Həzrət Abbasla İmam Hüseynin (ə) qardaşlıq münasibəti tamamilə başqa cür idi. Abbas şücaət və igidlikdə ad qazanmış və İmamın (ə) bayraqdarı olmuşdur. İmam Hüseyn (ə), bayrağını başqa igidlərə də verə bilərdi. Ancaq yalnız Həzrət Abbas bu məqama layiq görülmüşdü.

Ona görə də deyə bilərik ki, Əbülfəzl Abbasın üstün sifətləri çox olmuşdur. Ancaq onların arasından ixlaslıq sifəti başqa fəzilətlərini üstələmişdir.

Həzrət Abbasın (ə) ziyarətnaməsində oxuyuruq: "Sən yaxşı qardaş idin ki, qardaşına qarşı xeyirxahlığa riayət etdin. Hər nəyi ki, özün üçün bəyəndin, qardaşın üçün də bəyəndin!".

İmam Səccad (ə) buyurur: "Allah Həzrət Abbasa (ə) rəhmət etsin ki, haqla fədakarlıq etdi və imtahan olundu. Canını qardaşı üçün fəda etdi və iki əlini qət etdilər. Allah Təala o iki əlin əvəzində ona iki qanad əta etdi ki, mələklərlə birlikdə behiştdə uçsun. Necə ki, Cəfər ibn Əbu Talibə də iki qanad əta etmişdi. Həzrət Abbasın (ə) Allah yanında məqamı vardır ki, Qiyamət günü bütün şəhidlər o məqama qibtə edəcəklər".

Allah Təala Həzrət Abbasa "Babəl-həvaic" məqamını əta etmişdir ki, bu məqam hər kəsə nəsib olmaz.

Allahım, bizləri Babəl-həvaic davamçılarından qərar ver!

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.