Maraqlı

Qəbir qazarkən yerdən insan sümüyü çıxarsa, nə etmək lazımdır?

16 Aprel 2019 21:45
0 Şərh     Baxış: 2 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəla, bir şəxsin cənazəsinin qalıqları torpağa qarışıb aradan getməyincə, onun qəbrində başqa şəxsi dəfn etmək olmaz. Belə ki, qəbirdəki cənazənin aradan getmədiyi ehtimal olunursa (basdırıldığı vaxtı və o yerin iqlim şəraitini nəzərə almaqla), qəbri açmaq icazəli deyil. Amma qəbirdəki əvvəlki cənazənin qalıqları aradan getmisşə, orada başqa cənazəni dəfn etməyin eybi yoxdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, bəzən qəbri qazarkən orada olmuş əvvəlki qəbirdən və ya süxurların sürüşməsi nəticəsində ətrafdakı qəbirlərdən insan sümüyü aşkara çıxır. Bu halda həmin sümüyü başqa bir yerdə dəfn etmək lazımdır. Sümüyə qüsl vermək tələb edilmir. Müstəhəbdir ki, onu təmiz bir parçaya (kəfən əvəzinə) büküb hörmətlə basdırsınlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.