Maraqlı

Səfəvi dövlətindən əvvəl də şiə dövlətləri olub?

16 Aprel 2019 23:15
7 Şərh     Baxış: 1 411

Səfəvilərdən əvvəl də müsəlman Şərqində bir neçə şiə dövləti mövcud olmuşdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, tarix kitablarında İslamın ilk əsrlərindən XV əsrə kimi hakimiyyət sürmüş 20-dən şiə sülalənin adı çəkilir: Şimali Afrikada İdrisilər və Fatimilər, Şimali İraq və Şam ərazisində Həmdanilər, İraqın cənub-şərqində Bəridilər, cənubi İraq və İran torpaqlarında Büveyhilər, Mərkəzi İranda Kakuyilər, Kürdüstanda Ali-Hisnəveyh, Təbəristan və Yəmən zeydiləri, Xorasanda Sərbedarlar, Mazandaranda Mərəşilər, Gilanda Kəyailər, Xuzistanda Müşəşəilər, Azərbaycan və ətraf bölgələrdə Qaraqoyunlular hakimiyyət sürmüşlər. Bunlardan əlavə, Elxanilər sülaləsindən Sultan Məhəmməd Olcaytu, Cəlairilər sülaləsindən Sultan Üveys kimi hökmdarlar da şiə məzhəbinə inanmışlar. Lakin bu dövlətlərin heç birinin ərazisi və mövcudluq müddəti Səfəvilər dövləti ilə müqayisə edilə bilməz.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    MEHMAN QAZAXLI · 16 Aprel 23:20145

    ŞAH İSMAYIL XƏTAİ AZƏRBAYCAN XALQININ ƏN ŞƏRƏFLİ-- LƏYAQƏTLİ ŞƏXSİYYƏTLƏRİNDƏN BİRİ OLUB.

    Cavab yaz
    • Anonim
      Mars · 17 Aprel 00:1304

      Haradan bilirsən və ümumiyyətlə bu haqda bir şey bilirsənmi?

      Cavab yaz
  • Anonim
    Elxan · 17 Aprel 01:1817

    Xətai Azərbaycanı sağalmaz xəstəliyə yoluxdurdu.Farsın iyrənc siyasətinin davamçısı olan xətai,Azərbaycan türkünü,Anadolu türkündən ayrı salmaq üçün,milləti məzhəb xəstəliyi ilə zəhərlədi.Bu xəstəliyin təsirindəndir ki,millət 7ci əsr təfəkküründən xilas ola bilmir

    Cavab yaz
    • Anonim
      F044 · 17 Aprel 09:1741

      MƏZHƏB AYRILIĞINI XƏTAYİ SALMADI, ÇALDIRAN DÖYÜŞÜNDƏN ÖNCƏ SƏLİMƏ YAZDIĞI MƏKTUBLARDA ONA NECƏ XİTAB ETDİYİNƏ BAX !

      Cavab yaz
  • Anonim
    Omer · 17 Aprel 01:4126

    Fars imperiyasi olub

    Cavab yaz
    • Anonim
      PRiNS · 17 Aprel 23:3620

      Şübhesiz. Xetayinin milliyyetinin kim olmasindan asili olmayaraq.Ordu tamamile türk, türkman, Siyaset, meqsed, imperiya farsın...

      Cavab yaz
  • Anonim
    23:54 · 17 Aprel 23:5330

    Sahin ordusu tekce Türklerden ibaret olmayib .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.