Maraqlı

Müsəlman ölüsünü xristian qəbristanlığında dəfn etmək olarmı?

16 Aprel 2019 22:15
2 Şərh     Baxış: 1 727

İslam dini müsəlmana sağlığında əhəmiyyət verdiyi kimi, dünyasını dəyişdikdən sonra onun cənzaəsinə də hörmətlə yanaşmağı tələb edir. Müsəlman ölüsü müsəlman qəbristanlığında basdırılmalıdır ki, yaxınları və ümumiyyətlə, qəbristanlığa gələnlər onun da ruhuna rəhmət oxusunlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, müsəlman cənazəsini qeyri-müsəlman qəbristanlığında basdırmaq onu bu ehsandan məhrum etmək deməkdir. Buna görə də, müsəlman ölüsünü qəsdən qeyri-müsəlman qəbristanlığında dəfn etmək icazəli deyil. Amma qəbristanlığın bir hissəsi müsəlmanlara, bir hissəsi isə qeyri-müsəlmanlara aiddirsə, müsəlmanlara aid olan hissədə dəfn edilməsi icazəlidir. Əgər bir müsəlman qeyri-müsəlman ölkəsində vəfat edirsə, imkan dairəsində onu həmin şəhərdə yaxud yaxın şəhərdə, hətta yaxın ölkədə yerləşən müsəlman qəbristanlığına aparmaq lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Samire · 16 Aprel 23:0051

    Bizim bir tanışın bele deyek de, tanışı ailesi ile birligde Rusiyada yaşayırdılar. Hemin bu ailenin oğlu rehmete getdi. mektebde oxuyurdu uşaq.Pulu olmadı Bakıya getirib burada defn etsinler.Yazıq çaşıb qalmışdı. Allah kimseni çıxılmaz veziyyete salmasın. Bele oldu ki, hemin o tanışın qonşusu milliyetce rus olan merhemetli bir insan yazığı geldi bunlara.Qebirstanlıqda qohumlarının defn olunan erazisinde yer verdi. Ve uşağı orada defn elediler. Uşağın ezizleri o merhemetli insana minnetdarlıq edende o ise cavabında, Bu böyüklüde ölkeye sanki bu uşaq ağırlıq edirdi. Bir parça torpağın sözümü olar? Doğurdan da esil insanlığın milliyeti olmurmuş.........

    Cavab yaz
  • Anonim
    MOMIN · 17 Aprel 10:4820

    dusunurem ki insan saqliqinda bir din uzerinde olur olenden sonra yox.qebirsanliq ise torpaqdir torpaqin muselmani xristiani olmur. torpaq olen cesedin kimyevi usullarla parcalanib tox edilmesi ucundur. hec kes harada defn olunacaqini bilmir QURANI KERIMDE CENAB ALLAH deyir= biz sizin doqulacaqiniz ve basdrilacaqiniz yeri evvelceden mueyyen etdik=

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.