Maraqlı

SpaceX şirkəti NASA'ya asteroidin məhv edilməsində yardımçı olacaq

16 Aprel 2019 08:59
1 Şərh     Baxış: 545

Elon Musk-ın aerokosmik şirkəti SpaceX daha aşağı qiymət göstəricisini təklif edərək DART adlı missiyanın reallaşdırılması üzrə müqavilənin əldə olunmasında qalib gəlib. Bu barədə Hightech.plus saytı xəbər verib. DART (Double Asteroid Redirection Test) missiyası NASA-nın planetar təhlükəsizlik proqramı çərçivəsində Johns Hopkins adına universitetin tətbiqi fizika laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanır. Elektrik mühərrikə və 500 kq çəkiyə sahib olacaq kosmik aparat Didim adlı (65803 Didymos) asteroidə tərəf uçacaq və onun ətrafında fırlanan kiçik Ay ilə saniyədə 6 km sürətlə toqquşacaq. Həmin toqquşma Yer kürəsindən 11 milyon km uzaqlıqda baş verəcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, missiyanın ümumi qiyməti 69 milyon dollar təşkil edir. Onun 61 milyon dolları kosmik aparatın uçuşunu reallaşdırmaq üçün SpaceX şirkətinə ödəniləcək. Bu, NASA-nın Falcon 9 ilə bağlı əvvəlki müqavilələrinin qiymətlərindən bir qədər aşağıdır. Adətən NASA bu cür missiyalar üçün 100 milyon dollar və ya daha çoxunu tələb edir. Didim və onun peyki Yer kürəsi üçün təhlükə sərgiləmir. Buna görə də asteroid ilə toqquşma sadəcə olaraq konsepsiyanın sübutu kimi çıxış edəcək.

Astronomlar toqquşma nəticəsində Ay orbitinin dəyişimini və kinetik enerji ötürülməsini ölçəcəklər. Bu isə öz növbəsində Yer kürəsinə tərəf gələ biləcək potensial təhlükəli kosmik obyektlər ilə mübarizə üsullarının effektivliyinin qiymətləndirilməsinə yardımçı olacaq. "Vacib planetlərarası missiyaların dəstəklənməsi üçün SpaceX şirkəti NASA ilə uğurlu əməkdaşlığını davam etdirir. Bu müqavilə NASA-nın, Falcon 9-un vacib elmi missiyaların yerinə yetirilməsi və aerokosmik sahədə ən yaxşı start keyfiyyətini təmin etməsi bacarıqlarına əminlikdən xəbər verir" - deyə SpaceX şirkətinin prezidenti Gwynne Shotwell bildirib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tam Maxfi · 16 Aprel 09:3300

    Halal olsun sene Elon Musk.Sen doqurdanda dahisen.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.