Maraqlı

Amazon əməkdaşları Alexa-dakı danışıqlara qulaq asırlar

16 Aprel 2019 08:51
0 Şərh     Baxış: 420

Amazon şirkəti özünün səsli köməkçisi olan Alexa-nı daha ağıllı etmək üçün insanların həmin səsli köməkçi ilə olan danışıqlarına qulaq asır. Bu barədə The Verge saytına istinadən Gagadget saytı xəbər verib. Amazon şirkətinin bir neçə anonim əməkdaşı bildirib ki, onlar gün ərzində istifadəçilərin minlərlə səs sorğularına qulaq asırlar. Bu işlə məşğul olan əməkdaşlar bu barədə məlumatın verilməməsi üzrə xüsusi müqavilə imzalayırlar.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkətin sözlərinə görə ona öz müştərilərin konfidensiallığı çox vacibdir. Buna görə də onlar səs yazılarının yalnız kiçik bir hissəsini emal edirlər və həmin məlumatları yalnız Alexa səsli köməkçisinin təkmilləşdirilməsində istifadə edirlər. Bununla yanaşı əməkdaşlar istifadəçilərin soyadlarını və onların yaşayış ünvanları barəsində məlumatlarını görmürlər. Buna baxmayaraq onlar cihazın seriya nömrəsini və adını əldə edə bilirlər.

Əməkdaşlar insanların səsli köməkçi ilə olan danışıqlarına qulaq asır və onlara rəy bildirirlər. Daha sonra isə alınmış məlumatlar yenidən sistemə göndərilir. Bu isə səsli köməkçinin səs sorğularını yaxşı anlaması prosesini təkmilləşdirir. Bu əsasən müxtəlif danışıq dilləri və dialektləri mövzusunda çox faydalıdır. "Biz bu sistemlərin təkmilləşdirilməsi üçün nə qədər çox məlumatdan istifadə etsək, Alexa bir o qədər yaxşı çalışacaq. Müxtəlif müştərilərin səs yazılarının köməyi ilə Alexa-nın təkmilləşdirilməsi isə Alexa-nın hamı üçün yaxşı çalışması zəmanətini verir" - deyə Amazon şirkəti bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.