Maraqlı

HTC şirkəti orta büdcəli smartfon üzərində çalışır

16 Aprel 2019 08:41
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük maliyyə çətinliklərinə baxmayaraq HTC şirkəti smartfon istehsalını davam etdirməyə çalışır və hal hazırda orta büdcəli cihaz üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, sözügedən smartfon məşhur Geekbench bençmark saytının məlumatlar bazasında HTC 2Q7A100 model nömrəsi ilə aşkar edilib. Məlumatda qeyd olunub ki, smartfon 1.7 GHz tezlikdə çalışan Snapdragon 710 prosessoru sayəsində çalışır. Qeyd etmək lazımdır ki, Qualcomm şirkəti artıq onun davamçısı olan Snapdragon 730 prosessorunu təqdim edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, HTC-nin yeni orta büdcəli smartfon modeli 6 G BRAM ilə təchiz olunub və Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Çox keçməyib ki, həmin smartfon həmçini AnTuTu bençmark saytında da ortaya çıxıb. Ordakı məlumata əsasən isə smartfon həm də 2160x1080 piksel keyfiyyətli ekrana, Adreno 616 qrafik sürətləndiriciyə və 128 GB daxili yaddaş həcminə sahib olacaq. Şirkət artıq smartfonun test olunması ilə məşğuldur. Buna görə də cihaz yaxın zamanda təqdim oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.