Maraqlı

Sony 16K-lı displeyini təqdim edib

16 Aprel 2019 08:11
0 Şərh     Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sony" şirkəti Yaponiyada 16K təsvir ölçülü ekran quraşdırıb. Bu göstərici 4K ilə müqayisədə 4, 1080p-dən isə 64 dəfə yüksək göstəricidir. Displeyin ölçüsü 19,2 x 5,4 metr təşkil edir, onu Yokoqamada yerləşən yeni tədqiqat mərkəzində quraşdırıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Strategy Analytics" şirkətinin eksperti Devid Merser deyib ki, yeni displey tezliklə bazara çıxarılmayacaq. Onun sözlərinə görə, yaxın vaxtlarda 8K televizorların kütləvi yayılması gözlənilir. Ona görə, ehtimal ki, belə ekranlar yalnız böyük biznes seqmentində istifadə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.