Maraqlı

Google Docs xidməti Microsoft Office-i dəstəkləyəcək

16 Aprel 2019 07:31
0 Şərh     Baxış: 321

"Google Docs" xidməti "Microsoft Office"də tərtib edilmiş faylları dəstəkləyəcək. Bu o deməkdir ki, veb-xidmətin istifadəçiləri "Word", "Excel" və "PowerPoint" sənədlərini ilkin konvertasiya olmadan birbaşa redaktə edə biləcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google Docs" tərəfindən dəstəklənən fayl tiplərinin tam siyahısı aşağıdakı kimidir: "Word" üçün .doc, .docx və .dot, Excel üçün .xls, .xlsx, .xlsm (makros dəstəyi) və xlt, "PowerPoint" üçün .ppt, .pptx, .pps və .pot.

İlk olaraq "G Suite" ofis proqramları onlayn paketinin korporativ abunəçiləri yenilikdən istifadə etmək imkanına malik olacaqlar. Adi istifadəçilər üçün sözügedən funksiya daha sonra əlçatan olacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.