Maraqlı

Məşhur cütlüyün ayrılmasına səbəb olan FOTOLAR ÜZƏ ÇIXDI

15 Aprel 2019 03:30
1 Şərh     Baxış: 3 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birkan Sokullu və Dilan Çiçək Dəniz ayrılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, cütlüyün ayrılmasına səbəb Birkanın keçmiş sevgilisi Berrak Tüzünataçla olan fotolarını İnstaqram səhifəsindən silməməsi olub.

Dilan Çiçək ilə Birkan yanvar ayından sevgilidir. Cütlüyün bir neçə gün əvvəl ayrıldığı iddia edildi. Cütlük məsələ ilə bağlı sussa da, dünən Arnavutkök səmtində Brikan Sokullu iddialara cavab verib:

"Şəxsi həyatım haqqında danışmaq istəmirəm. Amma qeyd edim ki, Dilanla hörmət və sevgi çərçivəsində ayrıldıq".

33 yaşlı Birkanla 24 yaşlı Dilanın İnstaqramda hələ də bir-birlərini izləməsi bu açıqlamanı təsdiqləyib.

Iddiaya görə, Berrak keçmiş sevgilisi ilə barışmağa cəhd edib. Dilan Çiçək isə bu məsələdən narahat olduğunu Birkana deyib. Birkan isə Berrakla dost olduğunu və görüşməyə davam edəcəyini bildirib. Bunu eşidən "Çukur"un gözəli isə ayrılmaq qərarına gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.