Maraqlı

Bütün dünya bu VİDEOdan danışır

15 Aprel 2019 01:30
6 Şərh     Baxış: 3 958

Perunun Moçe şəhərində baş verən hadisə bütün dünyanın marağına səbəb olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, internetdə yayılan fotoda 12 yaşlı Viktor Martin dərs tapşırıqlarını küçədə, fənərin altında həll edir. Onun ailəsi o qədər kasıbdır ki, evi elektriklə işıqlandıra bilmirlər. Bu səbəbdən Viktor gün batdıqdan sonra dərslərini küçədə, fənərin altında edir.

Video çarx internetə polis tərəfindən yüklənib. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Viktoru ötən ayın sonunda, müşahidə kamerasından izləyiblər. Əvvəlcə qanun keşikçiləri şübhələnsələr də, kadrlara diqqətlə baxdıqdan sonra Viktorun fənərin işığı altında dərslərini oxuduğunu görüblər. Yerli mətbuat yeniyetməni və onun ailəsini tapıblar. Məlum olub ki, onların evində elektrik enerjisi xətti heç vaxt olmayıb. Bu səbəbdən qaranlıq düşən kimi ailə şam yandırır. Şam işığı isə dərs oxumaq üçün çox zəif olduğu, şamı da pul ilə aldıqları üçün Viktor dərs oxumaq üçün küçə fənərinin işığından istifadə edib. Bununla belə, Viktor məktəbdə əlaçıdır. O, hər gün qoyunları otarır və bu səbəbdən dərslərini axşama saxlayır.

Moçe şəhər meri video çarxa baxdıqdan sonra ailəyə baş çəkib, elektrik enerji xəttinin çəkilməsinə və elektrik enerjisindən istifadəyə görə ödənişin meriya tərəfindən ödəniləcəyinə söz verib. Moçe şəhər sakinlərinin 5 faizindən çoxu elektrik enerjisi olmayan evlərdə yaşayır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bütün dünya bu VİDEOdan danışır

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Nura · 15 Aprel 01:4310

    Halladi vallah ,keske bizimde isiqmiz olmazdi ama bele oxuyan olardim

    Cavab yaz
  • Anonim
    ~~~ · 15 Aprel 08:1110

    Mən isə işıqlarımız yandığı halda,söndürüb şam və ya lampa işığında oxuyurdum dərslərimi.Az işartıda diqqətim daha çox kitabda olurdu nəinki bütün ev işıqlı olanda.

    Cavab yaz
    • Anonim
      Papatya · 15 Aprel 09:5600

      Dogurdan? Maraqli metoddu.)

      Cavab yaz
      • Anonim
        ~~~ · 15 Aprel 11:5500

        Hə)Dərslərimi oxuyum deyə evdə razı olurdular əlacsız,yoxsa ki işıq ola-ola lampa yandırmama qarşıydılar evdə.

        Cavab yaz
  • Anonim
    $$$. · 15 Aprel 08:2898

    Halal olsun Viktor ! Əhsən ! Əsil oxuyan şagird , tələbə hec nəyi bəhanə etməz . Oxumaq insanı gözəlləşdirir , ic dunyasını saflaşdırır !

    Cavab yaz
  • Anonim
    ok · 15 Aprel 10:5300

    man na samdan nada lanpadan isdifada etmamisam onar rasxottu isxmzda olmayib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.