Maraqlı

“Toshiba”maye qaz istehsalı müəssisəsini sata bilməyib

13 Aprel 2019 08:46
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Toshiba Corporation"un ABŞ-dakı maye qaz istehsalı müəssisəsini satın almaq niyyətində olan Çinin "ENN Ecological Holdings" şirkəti bu sövdələşmədən vaz keçib.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, bu barədə "Toshiba"nın mətbuata açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, "ENN Ecological"ın Direktorlar Şurası "Toshiba" şirkətinin ABŞ-da maye qaz biznesinə istiqamətlənən "Toshiba America LNG Corporatin" bölməsinin bütün səhmlərini şirkətə keçirməklə bağlı sazişi dayandırmaq qərarına gəlib. Bu addım sövdələşmənin əvvəllər nəzərdə tutulduğu kimi, mart ayının sonunadək yerinə tam yetirilməməsi, üstəlik onun qısa müddətdə tamamlanmasının qeyri-mümkünlüyü ilə izah olunur.

Qeyd edək ki, bu xəbər yayıldıqdan sonra "Toshiba"nın Tokio birjasındakı səhmləri 3,26 faiz ucuzlaşıb.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.