Maraqlı

“Walt Disney”in rəhbəri: “2021-ci ildə vaxt çatacaq və nəhayət vəzifədən gedəcəyəm”

13 Aprel 2019 08:01
0 Şərh     Baxış: 253

"Walt Disney Company"nin rəhbəri Robert İqer bildirib ki, o, 2021-ci ildə vəzifəsindən istefaya gedəcək.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

"Güman edirəm ki, müqaviləmin müddəti 2021-ci ilin sonunda yekunlaşacaq... Əvvəl də bu barədə deməyə hazırlaşırdım ki, amma bu dəfə hər şey ciddidir. Mən 2005-ci ilin oktyabrından rəhbərəm. 2021-ci ildə vaxt çatacaq və nəhayət vəzifədən gedəcəyəm", - deyə o bildirib.

Qeyd edilir ki, İqer şirkətlə müqavilənin müddətini iki dəfə uzadıb: əvvəlcə 2018-ci ildə, sonra isə 2021-ci ilə qədər.

İqerin sözlərinə görə, o, artıq şirkətə öz qərarı haqqında bildirib və indi orada mümkün varisi müzakirə edirlər.

"The Walt Disney Company"nin əsası 1923-cü ilin oktyabrında Uolter qardaşları tərəfindən qoyulub.

Mili.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.