Maraqlı

Fərdi kompüter bazarında lider dəyişikliyi

13 Aprel 2019 08:11
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gartner" şirkətinin məlumatına görə, fərdi kompüter bazarında lider dəyişilib. "HP Inc." şirkətini geridə qoymuş "Lenovo" birinci pillənin sahibi olub.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, analitik şirkətin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə "Lenovo" şirkəti 13,2 milyon masaüstü fərdi kompüter və noutbuk tədarük edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% daha çoxdur. Çin şirkətinin bazar payı 22,5% təşkil edib. "HP Inc." şirkətində bu göstərici 21.9% təşkil edir.

"HP Inc." şirkəti masaüstü kompüter satışının artması nəticəsində kompüter tədarükünü 0.8% artırıb.

Dünyanın ən böyük fərdi kompüter istehsalçıları siyahısında üçüncü yerdə qərarlaşmış "Dell" şirkəti 5 rüb ardıcıl olaraq bu qurğuların satış həcmini artırır. 2019-cu ilin yanvar-martında artım 1,5% təşkil edib.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.