Maraqlı

“Yandex” yeni xidmət yaratdı

13 Aprel 2019 08:21
0 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yandex" və "PURINA" brendi ev heyvanlarının axtarışı üzrə yeni xidməti işə salıblar.

Rusiya mətbuatı yazır ki, indi insanlar itmiş və tapılan it, pişik haqqında yaxınlıqda yaşayan internet istifadəçilərinə məlumat verə biləcəklər. Bu, ev heyvanının sahibinə qaytarılması şansını artıracaq.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, son illər ərzində "Yandex"də itmiş və tapılan it, pişik haqqında yarım milyondan çox sorğu veriblər. Görünür ki, bu statistik məlumat şirkəti öz sevimlilərini tapmağa kömək edən, nizama salınmış alət hazırlamağa sövq edib.

İndi itmiş və tapılan ev heyvanları haqqında insanlar platformaya daxil olub elan yerləşdirə bilərlər. Amma elanda onlar ev heyvanının parametrlərini, foto, öz mobil telefonu, elektron poçtu, rayonunu və onu itirdiyi və tapdığı ərazini qeyd etməlidirlər. Bu əməliyyatdan sonra, istifadəçilərin elanları "Yandex"də və "Reklam Şəbəkəsində" çıxacaq. Belə ki, əvvəlki sorğular da məhz həmin yerlərdə olurdu. Beləliklə, bu elanları o insanlar görəcək ki, onlar ev heyvanlarının həmin rayon ərazisində itiriblər.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.