Maraqlı

Yandırıcı küləyin məhv etdiyi əkini xatırlayan infaq

13 Aprel 2019 08:05
0 Şərh     Baxış: 421

Quran məsəllərindən nümunələr

Allah-Taala Qurani-Kərimin "Ali-İmran" surəsinin 116-117-ci ayələrində buyurur:

إِنَّ الَّذِینَ كَفَرُوا لَنْ تُغْنِی عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَیئًا وَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

"Həqiqətən, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar."

مَثَلُ مَا ینْفِقُونَ فِی هَذِهِ الْحَیاةِ الدُّنْیا كَمَثَلِ رِیحٍ فِیهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوا أَنْفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَكِنْ أَنْفُسَهُمْ یظْلِمُونَ

"Onların dünya həyatında infaq etdikləri şey özünə zülm etmiş bir qövmün əkinlərini məhv edən yandırıcı küləyə bənzəyər. Allah onlara zülm etmədi, lakin özləri özlərinə zülm etdilər."

Kafirlərin dayağı

Milli.Az maide.az-a istinadən bildirir ki, Allahla əlaqəni qırıb, Ondan qeyrisinə arxalanan kafirlər dünyada üç şeyə daha çox əhəmiyyət verirlər: 1. övlad; 2. mal-dövlət; 3. xərclər.

Qurani-Kərim ilk iki dayağa əhəmiyyət göstərmədən buyurur ki, bunların heç biri onlara cəhənnəmdən qurtuluş verməyəcək. Çünki axirət dünyası bura ilə fərqlənir. Dünyada mal və övlad insanın köməyinə çatsa da, axirətdə yalnız yaxşı əməllər nəzərə alınır:

إِنَّ الَّذِینَ كَفَرُوا لَنْ تُغْنِی عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَیئً

"Həqiqətən, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək."

Amma onların yaxşı işlərinə gəldikdə isə, axirət baxımından yenə də bir qiymət daşımır:

1. Onların xeyirxah işlərində Allah və axirət niyyəti olmayıb.

2. Çox vaxt bu işlər insanları Allahın yolundan döndərmək məqsədilə həyata keçirilir.

Qurani-Kərimin "Ənfal" surəsinin 36-cı ayəsində buyurulur:

إِنَّ الَّذِینَ كَفَرُوا ینْفِقُونَ أَمْوَالَهُمْ لِیصُدُّوا عَنْ سَبِیلِ اللَّهِ فَسَینْفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَیهِمْ حَسْرَةً ثُمَّ یغْلَبُونَ وَالَّذِینَ كَفَرُوا إِلَى جَهَنَّمَ یحْشَرُونَ

"Küfr edənlər mallarını (insanları) Allahın yolundan döndərmək (İslama mane olmaq) üçün xərcləyirlər. Onlar mallarını xərc etsə də, sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər cəhənnəmə tərəf sürüklənəcəklər."

Beləliklə, onların xərcləri riyakarlıq üzündən olub, çox vaxt insanları Allahın yolundan uzaqlaşdırmaq üçün görülür. Verilən ayədə onların xərcləri bu iki cəhətə görə vaxtsız və yararsız sahədə toxum əkən əkinçinin işinə bənzədilir.

Əkinçilik üsullarını gözləməyən əkinçinin zəhməti bada getdiyi kimi, kafirlərin də zahirdəki xeyirxah işləri axirətdə nəticəsiz qalacaq. Buna biz müasir dövrdə qərbin üçüncü dünyaya və ya geridə qalmış müsəlman ölkələrə "insansevər" yardımlarını misal göstərə bilərik. Belə yardımlar, adətən, müstəmləkə məqsədilə həyata keçirilir. Onlar hər hansı rabitə və elmi-mədəni fəaliyyətlər altında xalqların təbii sərvətlərini ələ keçirmək, hegemonluqlarını diktə etmək üçün belə münasibətlərə şərait yaradırlar, şübhəsiz!!! ("Qurani-Kərimdə ibrətamiz məsəllər", Ayətullah Cəfər Sübhani, 13-cü məsəl.)

Mili.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.