Maraqlı

Dünya BU QADINDAN DANIŞIR! - FOTO

12 Aprel 2019 22:35
2 Şərh     Baxış: 2 801

Yer kürəsi tarixdə ilk dəfə qalaktikada var olan qara dəliyin real fotosunu gördü. Kosmos elmi sahəsində son illərin ən əhəmiyyətli irəliləyişlərindən hesab olunan bu hadisənin səbəbkarı isə gənc bir elm adamıdır. Özü də qadın!

Milli.Az xəbər verir ki, sözügedən şəxs 29 yaşlı kompüter mühəndisi, Massaçusets Texnologiya Universitetinin magistrı, Kaliforniya Universitetinin dosenti Keyti Boumandır.

Dünyadan 500 katrilyon km, təxminən 53 milyon işıq ili uzaqlıqda yerləşən qara dəliyin fotosunu çəkmək üçün 200-dən çox elm adamı bir araya gəlmişdi. Bouman bu insanlar arasında ən kritik nöqtədə dayanmışdı. Onun 3 ildir üzərində işlədiyi alqorifm sayəsində dünyanın 8 fərqli nöqtəsindəki teleskopların əldə etdiyi bilgilər bir araya gətirilib. Bouman məsələ ilə bağlı açıqlamasında tək bir teleskopdan əldə edilməsi mümkün olmayan nəticənin onun alqorifmi sayəsində ərsəyə gəldiyini deyib. O, birlikdə işlədiyi komandaya təşəkkür etməyi unutmayıb.

Qeyd edək ki, 200 nəfərlik araşdırmaçı heyətin əksəriyyəti Harvard Universitetinin astrofizikləri, mühəndisləri və astronomlarından ibarət olub. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    konul · 13 Aprel 05:3510

    qadin boyuk quvvedi. menim yoldasim usaqlara hemise deyirki anavizin gozunden hec ne qacmaz.

    Cavab yaz
  • Anonim
    Yazdim · 14 Aprel 01:1600

    Yalançılar!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.