Maraqlı

Həyat yoldaşınızın beş xüsusiyyətini saya bilərsinizmi?

13 Aprel 2019 21:05
22 Şərh     Baxış: 944

Həyat yoldaşınız qəflətən özü haqqında sizə suallar versə, cavabınız necə olar? Ya da heç olmasa, onun beş xüsusiyyətini saya bilərsinizmi? Bəlkə də belə bir sualla ilk dəfədir ki, qarşılaşırsınız? Ancaq ailə həyatı quran hər kəs həyat yoldaşının ən azı beş xüsusiyyətini bilməli və lazım gəldikdə bu xüsusiyyətləri saymaqda çətinlik çəkməməlidir.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, əgər yoldaşınızı sevindirmək istəyirsinizsə, onun suallarına indidən cavab hazırlayın. Əgər istəsəniz, əvvəlcə bizim təkliflərimizdən sizə uyğun olanlarını seçin, sonra isə qalanlarını siz özünüz əlavə edin:

1) Səhər evdən çıxanda da, axşam evə qayıdanda da gülərüzdür;

2) Nə olursa-olsun, mənə həmişə sevdiyini hiss etdirir;

3) Axşamlar ya mənimlə, ya da uşaqları ilə gəzintiyə çıxır;

4) Kiçik də olsa, həmişə mənə hədiyyələr alır;

5) İstər ev, istərsə də çöl işlərində mənə kömək etməyi unutmur...

Digər tərəfdən, həyat yoldaşı seçərkən təkcə yaxşı xüsusiyyətlərini yox, oxşar xüsusiyyətlərini də nəzərə almalısınız. Ancaq bu cür bir-birinizi başa düşə, yaxud da bir-birinizi tanıya bilərsiniz.

Milli.Az

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    asi · 13 Aprel 21:2540

    Sizin köməyiniz bir işə yaramadı)).. Bizdə bunların heç biri yoxdu..Hədiyyə almaqdan savayı..Başını o qədər iş məşğul edir ki, gülməyi də unudur.Gəzməyə isə, biz onu məcbur edirik)..hisslərini də dilə gətirən deyil..Amma başqa yaxşı xüsusiyyətləri var..Çox ailəcanlı, övladcanlı adamdı..Dünya bir yana, biz bir yanayıq nəzərində..

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Aprel 21:4151

      Deyəsən axı,bizdə bu da eynidir:))Nadir halda özü deyər ki "Atları yəhərləyin"Taki,mən həşir qopararam,onda görərsən ki"Şir evdən getdi".Dinməsəm"Mahnı dağlarda qaldı".Hələ uşaqlar da mənə qoşulanda,olur "Yenilməz batalyon"İndi sən özün de-"Onu bağışlamaq olarmı?":)))

      Cavab yaz
      • Anonim
        Thanks · 13 Aprel 22:4410

        Allah ailelerinizi qorusun xanimlar .oxsarliq coxdur. Hara gedirse ailenide aparim yoxdur. Ozun kefi yaxsidirsa yayda gezmeli yerlere aparir.cox danisib gylmeyi,yaninda basqasindan danismaqa sevmez.vatcapa ailen usaq sekilleri icaze yoxdur. tund esebi ,sebirsjz.qepiyine kimi aileye xercler ama cole pul tokmez.

        Cavab yaz
        • Anonim
          Əsranur · 13 Aprel 23:3900

          :)))Eynən bizimki haqda yazdın.

          Cavab yaz
      • Anonim
        ayka · 13 Aprel 23:0300

        kefin olsun

        Cavab yaz
      • Anonim
        asi · 14 Aprel 09:3600

        Sabahın xeyir..))Bağışlamaq lazımdı))).Onsuzda sən məğlubedilməz Konansan)).. Hər necə olsa, sən deyən olasıdı)..

        Cavab yaz
        • Anonim
          Əsranur · 14 Aprel 09:4200

          Sabahın xeyir.Deyirsən "Cəsur ürək"sahibiyəm?:)))))

          Cavab yaz
  • Anonim
    İnanna. · 13 Aprel 22:1120

    Bizdəkindən olsa evdə oturmaz,mən cilovlayıram,nənə narahat olar deyə.Mənə dünyaları alar,mən mane oluram,evdə nənə var deyə.Ondan olsa əlimi heç nəyə vurmağa qoymaz,mən dinc dayanmıram,nənə deyinər deyə.Şikayət eşitməsin deyə gec gəlir,bu dəfə də danlanır,nənəsi var deyə.Neynəsin indi bu kişi?

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Aprel 23:4010

      Nənəni göndərsin sanatoriyaya:))

      Cavab yaz
  • Anonim
    Türkan · 13 Aprel 22:1610

    Onların heç biri yoxdur

    Cavab yaz
  • Anonim
    Papatya · 13 Aprel 22:4410

    Gezmek barede eynidi derdim..heeecc sevmez. 6, bazar bizim ev dava gunudu:))sirf bu gezinti ucbatindan. men seher acilandan qizin da beynine saliram ki, gezmek istesin atadan:)) hecne deyine deyine razilaşir birteher..amma Allah var, evden cixanda ve gelende de guleruzdu) uzu asılmış esla sevmez. Meni de ele gorse, hirslənər. Ev isinə komek nedi, stekanini 1 metr kenara qoymaz. Rahatina duşkundu. Ozune nese alib mene almayanda o qeder deyinmisem ki, şüuraltina yerlesib artiq:) daha yaddan cixarmir, hediyye işi biraz qaydasina duşub. :)

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Aprel 23:4610

      Bizdə hədiyyəni almağı çox xoşlayır.Amma,mən bir dəfə "Çox sağ ol"la dincəlirəm.Adam var atdanıb düşür,mən onları anlamıram.Bir dənə özümə kosmetika alanda sevinirəm.Yəni böyük hədiyyələrə reaksiyam çox kiçikdir.Qudurmamışam,sadəcə,məni hədiyyə ilə sevindirmək müşkül işdir:))

      Cavab yaz
      • Anonim
        Papatya · 14 Aprel 00:1300

        Olub ki, bezen ozunə etir alib meselen, gosterir mene hıı yaxşidi deyirdim, mene niye almadin deye yungulvari deyinirdim bunu hirlse, aciqla yox, biraz usaqfason:) hemişe atama ederdim evde. Atam gelirdi isden, -ata çay içirsen? Yox qizim isde icmişem, -ata neyle içdin, ne bilim qizim sokoladla, -ay daa ata, dehşetsene heç demirsene qizima da alim aparim:) ve.s bele şitliyim tuturdu. Baci, men sevinende bunu qeti gizleye bilmireme, umumiyyyetle her seyde beleyem:( bir koke vardi, bir ara dadanmişdim dehset xoşlayirdim.. yoldasim markete girende gorub ele qutudan acib yerlesdirirler polkalara. Ele boşaltmaga qoymayib qutu qarisiq alib getirmişdi. Ay bir sevindim, bir sevindim gormen lazim:) he birde qizimin adi olan boyunbagini hediye edende eyni reaksiyani gostərmisdim:) cool davrana bilmireme. Ozu de bezen mamagile deyir ki, papatyanin usaqla arasinda cemi 3-4 yaş ferq var:) Asi mene soz vermişdi ki, sens hissləri gizletme dersi keçecem. Bir ara bu kursu da açin lutfen.

        Cavab yaz
        • Anonim
          Əsranur · 14 Aprel 09:3700

          :)))Bir vaxt mən də elə idim.Yəqin,zamanla çox şey adiləşdi mənim üçün.Papatya,çalış özün üçün də yaşa.Mən bir 19 yaşında gəlinliyimi xatırlayıram.Ondan sonrakı illər necə keçdi bilmədim.Bir də indi ayılmışam ki,artıq o vaxtdan çox illər keçib.Və o illərimi başqaları üçün yaşamışam.Bolluca sevin.Bir vaxtlar qartopu oynamağa uşaqlardan əvvəl mən qaçırdım həyətə,səsim gptürürdü bütün həyəti.İndi qar məni üşüdür,səsimi də bəzən ancaq özüm eşidirəm:))

          Cavab yaz
        • Anonim
          asi · 14 Aprel 09:4000

          Asiyə Əsranur yeni uzmanlıq vəzifəsi verib..Doxtur uzman baş şüvənoloq))).. Papatya, hissləri gizlətmə xarakter məsələsidi biraz)..Sənin kimi şən və mehriban insanlarda çətin alına bəlkə..O mənim kimi zalım zülüm adamların işidi))..

          Cavab yaz
          • Anonim
            Əsranur · 14 Aprel 10:2200

            Onda məndə həm Asi var,həm də Papatya.Mən həm göstərirəm,həm də göstərmirəm:)))

            Cavab yaz
            • Anonim
              Papatya · 14 Aprel 10:4100

              Qizlar, men biraz zeif xarakterem, bunu ozum de bilirem, amma duzele bilmirem.

            • Anonim
              Papatya · 14 Aprel 10:4700

              Yarimciq getdi şerhim, Teze vaxti lap betər idim, hem kusmek, hem sevinmek, hamisi qarişmişdi:) ozume de deyireme, hecneye aşiri bağlanmayim, hedsiz mena yuklemeyim, ozumu de heyatimin merkezi edim deye, ne bilim heleki az alinir mende:(

            • Anonim
              Əsranur · 14 Aprel 11:1500

              Narahat olma,bizdə hamısının kursunu açmaq imkanı var.Bir-bir bütün kurslarla tanış olacaqsan.Asi və mən ən yaxşı pedaqoqlar kimi qoymarıq sən dərsdə çətinlik çəkəsən:))

            • Anonim
              Papatya · 14 Aprel 12:2900

              Caaaan, elbette, men sizin aile tecrubenize cox ehtiyacim olacaq hele. "aile ve qadin saglamliği" adli bir kurs. ☺

  • Anonim
    Papatya · 14 Aprel 10:5800

    Qizlar, atam evden cixmamiş gedib ayaqqabilarini tertemiz edib, parildadirdim, geyinib cixanda yanidan el çekmirəm, gorurem kişiden ses cixmir. Ay ata, sencani ayaqqabini geyinende gozlerin filan qamaşmadi pariltidan? :) Başa duşurdu ne deyirem, -hiiiy, he deyirem axi, niye cole cixan kimi gozum işiqdan hecnəyi gormedi falan deyib, meni de opub, birdenesen, ureksen falan deyib gedirdi. :)) Yəni, xoş soz, xos munasibet gundelik qida.kimi birşeydi menim ucun, bir gun kesilse acindan olecem ele bil. Bu cox pisdi. Adami narahat eden psixoloji veziyyətdi. Axi qarşi teref seni sevmese de, men ozumu daha çox sevmeliyem de. İnsaAllaj ki, fikrimi catdira bildim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.