Maraqlı

Həyat yoldaşınıza hörmət bəsləyirsinizmi?

13 Aprel 2019 23:05
8 Şərh     Baxış: 1 368

Həyat yoldaşına hörmət bəsləmək nə deməkdir? Əgər istəyirsinizsə, məsələyə əvvəlcə bu sulaın cavabından başlayaq. Bir çox ailələrdə hörmət məfhumunu düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşının qarşısında fərəqət dayanmaq kimi qəbul edirlər. Halbuki, hörmət təkcə qadınlara yox, hər iki tərəfə aiddir. Və təbii ki, bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, bir az əvvəl də qeyd etdiyimiz kimi hörmət tərəflərin bir-birilərini qəbul etməsindən çox asılıdır.

Tərəflər bir-birilərinə xəbərdarlıq etmək və müsbət tənqid etmək hüququna malikdirlər. Bu, çox təbiidir. Ancaq bir tərəfin qarşı tərəfi qəbul edə bilməməsindən irəli gələn mənfi tənqidlər hörmətsizlik səviyyəsinə çata bilər ki, bu da hər iki tərəf üçün faciədir.

Elə isə həyat yoldaşımıza necə hörmət bəsləməliyik? Hər şeydən əvvəl hər hansı bir hadisə qarşısında özümüzü həyat yoldaşımızın yerinə qoyub o şəkildə reaksiya verməliyik. Yəni həyat yoldaşımızla impatiya qurmalıyıq. Danışarkän səs tonumuzu, vurğularımızı seçməli, hər sözümüzə həssaslıqla yanaşmalıyıq. Dinləməyi öyrənməliyik. Həyat yoldaşımıza özünü ifadə etmək üçün imkan verməliyik. Vaxtından əvvəl hökm verməyə çalışmamalıyıq. Xüsusilə, cəmiyyət içərisində mübahisə etməməyə və həyat yoldaşımızı ittiham etməməyə diqqət yetirməliyik. Problemlərimizi təkbətək və qarşılıqlı hörmət çərçivəsində həll etməliyik. Təhqirə yol verməməliyik. Həyat yoldaşımızın zövqləri, düşüncələri ilə razılaşmasaq da, sərt reaksiya göstərməməliyik. Lazım gəlsə, ortaq məxrəcə gəlməyə çalışmalıyıq. Həyat yoldaşımıza hörmət bəslədiyimiz kimi onun dəyər verdiyi şeylərə də (məsələn, ailəsi) hörmət bəsləməliyik. Təbii ki, bu maddələri artırmaq da olar. Ancaq düşünmək üçün hələlik bu da kifayətdir.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Aprel 23:3920

    Həriii, niyəəə bəsləmirik kiii, hörmətdə bəsləyirik rəğbət dəəəə )

    Cavab yaz
  • Anonim
    ❤️Ebru❤️ · 14 Aprel 00:0020

    Elbetde en gozel,hormetdi.Sevgidende onemli menim ucun hormetdi .

    Cavab yaz
    • Anonim
      Bəs, · 14 Aprel 10:5700

      həftədə 2-3 dəfə sevməsə hörmətdə azalar:))

      Cavab yaz
      • Anonim
        ❤️Ebru❤️ · 14 Aprel 11:2900

        Sen ele dusun:)))Soz atmasaniz olmazda))Men ele sevgiden hormetden ,demirem ay gozel insan.Eger ele heftede,2 i uc gune sevib hormet edecekse basina deysin,ele sevgisi:)))Ailede sevgi hormet o cure olmamaldi,heyat boyu sevmeli qadini olduqu ucun evladlarinin Anasi olduqu ucun heyat dostu yoldasi olduqu ucun sevib hormet etmelid bu menim fikirimdi.))Oda sizin fikirinizdi..Calisin sevende temenasiz sevesiniz hormet edesiniz.Uqurlar.

        Cavab yaz
        • Anonim
          ❤️Ebru❤️ ya · 14 Aprel 11:5900

          Düşündüklərimi deyil, reallığı yazdım. Sizində fikirlərinizə qatılıram. Ailədə, cəmiyyətdə insanların bir-birinə hörməti önəmlidir. Qadının həyat yoldaşına hörməti, həyat yoldaşının bütov cəmiyyətdə hörmət sahibi olmasının əsasıdır. Şeyx Şamil örnəyi var-misal üçün.

          Cavab yaz
          • Anonim
            ❤️Ebru❤️ · 14 Aprel 12:1400

            Basa dusurem sizi,Men de sizin fikirlere qatiliran ve raziyam gozel insan.Tanidiqim serhcilerdensiniz?Bilmek isterdim?)))

            Cavab yaz
  • Anonim
    Nura · 14 Aprel 01:0060

    Heyat yoldasima hormet edende qudurur

    Cavab yaz
    • Anonim
      Səndə, · 14 Aprel 10:5900

      sevgi ver qudurmasın:)

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.