Maraqlı

Qadınlar, yoxsa kişilər daha romantikdir?

13 Aprel 2019 20:25
13 Şərh     Baxış: 1 007

Romantika insanların öz aralarında hiss və düşüncələrini bir-birilərinə ən gözəl şəkildə əks etdirməsidir.  Ancaq bir şəxslə romantika yaşanmaz və o, nə sadəcə qadına, nə də kişiyə aiddir. Onun qarşılıqlı olaraq hər insanda da olması lazımdır. Bu gün hər iki cins də romantikanın qarşıdakı tərəfdə olmadığını iddia edir. Hətta bəzi qadınlar romantikanın, sadəcə, kişilərdə olmasının vacibliyini söyləyirlər. Beləliklə, bir münasibətdə romantik olmaq, dəyər vermənin və onu düşünmənin bir simvoludur. Milli.Az gencaile.az-a istinadən bildirir ki, onun üçün nələr etdiyinizi, cəhd göstərdiyinizi, onu düşündüyünüzü bilməsi qarşı tərəf üçün böyük bir xoşbəxtlik mənbəyidir. Ancaq qadınla yanaşı, kişinin də gözəl sözlərə və romantik anlara, düşünülməyə ehtiyacı olduğu deyilir. Qadınların öz aralarında etdikləri söhbətlərdə kişilərin bu sahədə problemi olduğu qeyd edilir. Onlar kişilərin nə qədər duyğusuz, romantikadan heç xəbəri olmadığından, onun yanında dəfələrlə başqalarının münasibətlərindən misallar çəksələr də, həyat yoldaşının ona heç bir jest etmədiyindən şikayətlənirlər. Adətən "Bir gün belə, bir çiçək alaraq gəlmədi", "Bir dəfə sürpriz etsəydi, bir yerdə restorana getmiş olsaydıq" kimi fikirlər söylərlər. Niyə bu fikirləri həyat yoldaşına söyləmədiyinə soruşduqda isə onlar "Mən söylədikdən sonra nə dəyəri var, o düşünmədikdən sonra" deyirlər.

Evlilikdəki çətinliklər romantik duyğuların da üstünü örtür

Kişilər isə adətən qadınların düşündüklərinin əksinə olaraq bu cür jestləri daxildən gəlmədiyindən deyil, düşünmədiklərindən etməzlər. Onlar bu cür jestlərin gərəkli olmadığını və romantikanın önəm daşımadığını düşünərək qadınların bunu gözlədiklərini də bilməzlər. Hətta bəzən evlənmə ərəfəsində xeyli xərc çəkdiklərini düşünüb, sonra əlavə xərc çəkməyə ehtiyac duymurlar. Qadınlar isə gözlədiklərini dilə gətirmirlər və zaman keçdikdən sonra bəlkə də yetərincə sevilmədiklərini düşünürlər. Lakin araşdırmalara görə, kişilər qadınlara nisbətən nə qədər ad günlərini unutsalar da, yaxud Sevgililər günü hədiyyəsini hətta son anda yanacaqdoldurma stansiyasından alsalar da, onların qadınlardan daha romantik olduğu ortaya çıxıb. "The Normal Bar" adlı kitabda dünya miqyasında 10 min insan ilə aparılan online anket yer alıb. Kitabda XXI əsrin münasibətləri araşdırılır və 1300 sualda bir sıra mövzular öz əksini tapıb. Belə nəticəyə gəlinib ki, kişilər romantik olmasına baxmayaraq, evlilikdən kənar münasibətlərə daha çox meyil göstərirlər. Bunun səbəbi kimi isə xoşbəxt olmayan evliliklər göstərilir.

Ümumiyyətlə, bütün münasibətlərin enişi və çıxışları var. Bəzən evlilikdəki çətinliklər belə romantik duyğuların da üstünü örtür. Bütün cütlüklərin sevgini hiss etdikləri və hiss etmədikləri anlar olur. Araşdırmalara görə, romantik olmaq bütün kişilərin ortaq problemidir. Adətən romantik olmağı ildönümü, ya da Sevgililər günündə düşünürlər. Amma qadınlara yalnız belə günlərdə deyil, ilin digər günlərində də xüsusi davranışlar lazımdır. Belə romantik anlar üçün müxtəlif üsullar tətbiq edə bilərlər ki, buraya şeir yazmaq, sevdiyi mahnılardan ibarət cd hazırlamaq, birlikdə romantik bir film seyr etmək üçün kinoteatra getmək, internetdən romantik e-kartlar göndərmək, sevgi mesajları yazmaq və s. daxildir.

"Qadın qulağı ilə kişi isə gözü ilə sevir"

Psixoloq Tünzalə Verdiyeva bildirdi ki, kişi və qadın arasında romantik münasibətlər dedikdə sevənlərin bir-birinə individual, yaradıcı, kreativ fikirlərlə yanaşması, fərqli sevgi etirafları və evlənmə təklifləri, evlilik ildönümləri, ad günlərinin və s. xüsusi anlamlı günlərin təşkilində və keçirilməsində elə detallara, şəxsi istək və arzulara fikir verməkdir ki, qarşısındakı şəxs özünü dəyərli hiss etsin: "Bunun üçün özünü deyil, tərəf müqabilini tanımaq, arzu və istəklərini bilmək, estetik zövqünü qiymətləndirmək daha vacibdir. Ola bilsin ki, sən hər şeyin ən gözəlini etdiyini sanırsan, amma bu, sevgilinin istədiyi deyil. Bu, ümümi yanaşmadır və hər iki cinsə aiddir".

Psixoloqun sözlərinə görə, bəşər tarixi yaranandan bu günə qədər qadınların kişilərə nisbətən daha romantik olduğu deyilir: "Çünki qadın emosionaldır, duyğularını gizlədə bilmir, qarşı tərəfdən daha çox diqqət, qayğı və sevgi gözləyir və bu sevgini sadə formada, adi sözlərlə deyil "bəzəkli" yəni fərqli və kreativ üsullarla çatdırılmasını istəyir. Belə bir fikir var ki, "qadın qulağı ilə kişi isə gözü ilə sevir". Əgər qadın kişiyə xoş gəlmək üçün daima baxımlı olmaq istəyirsə və bunu sevərək, istiyərək edirsə, qarşılığında təriflənmək və xoş sözlər eşitmək istəyir. Çoxsaylı tədqiqatlar sübut edir ki, oğlan və qızlar öz cinslərinə aid xüsusiyyətləri daha çox ailə tərbiyəsi nəticəsində mənimsəyirlər. Başqa sözlə, burada bioloji faktorlardan daha çox sosial faktorlar öz təsirini göstərir. Uzun müddət qadın və kişilərə xas olan xüsusiyyətlərə birtərəfli yanaşılıb. Son dövrlərdə belə bir mövqe də var ki, qadınlarda kişilərə, kişilərdə qadınlara aid edilən keyfiyyətlər də var.

Kişilər evləndikdən sonra romantikaya ehtiyac görmür

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da təsdiq edir ki, qadınlar romantikdir: "Kişilər evləndikdən və qadını "özəlləşdirdikdən" sonra hesab edirlər ki, romantikanın tətbiqinə ehtiyac yoxdur. Amma qadınlar ömür boyu bu romantikanı arzulayırlar. Mən demirəm ki, kişilərdə romantika yoxdur. Kişi müəyyən mənada evləndikdən sonra buna ehtiyac olmadığını düşünür. Fikirləşir ki, bu qadın artıq ona məxsusdur və onun artıq romantikaya ehtiyacı yoxdur. Bu da münasibətlərin gərginləşməsinə səbəb olan amillərdən biridir. Nişanlı dövrdə kişilər müxtəlif vasitələrlə, romantik görüşlər, romantik sözlər, ifadələr işlədir. Ancaq evləndikdən sonra onu gərəksiz hesab edir. Çox az kişi olar ki, bunu davamlı şəkildə həyata keçirsin. Qadınlar isə həyatı boyu bunu gözləyir və bunun üçün münbit şərait hazırlamağa çalışır. Lakin buna cavab olmayanda özünə qapanır və bununla da romantikanı içində boğub öldürür".

Kişilər məntiqli qərarlarla həyatlarını qurmağa çalışırlar?

Psixoloq Taryel Faziloğlunun sözlərinə görə, qadınlar kişilərə nisbətən dəfələrlə çox romantik olurlar: "Çünki insanın yaradılışından qadınlar təbiət etibarı ilə emosional, yəni hissiyyatın hakim olduğu bir xüsusiyyətə, kişilərsə rasional, yəni məntiqin hakim olduğu bir xüsusiyyətə sahibdirlər. Bu isə onunla nəticələnir ki, qadınlar bütün həyatı boyunca daha çox hissiyyatla qərar verir və hissiyyatın üstünlük təşkil etdiyi bir həyat yaşamağa çalışırlar. Kişilərsə əksinə, daha çox rasional qərarlar və məntiqi qərarlarla həyatlarını qurmağa çalışırlar. Buna görə də qadınlar daha romantik olurlar. Bu səbəbdən də kişilərin romantikanı anlamaması qadınları hər zaman hirsləndirib. Bu isə normaldır, çünki kişilər hər bir şeydə məntiqi izah axtarırlar, amma romantikanın əksər hallarda məntiqi bir izahı olmur".

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    asi · 13 Aprel 20:4661

    Doğurdan da qadınların ürəyi qulaqlarıdı)).. Bəzən bir sözün ifadə etdiyi mənanı bahalı hədiyyə özündə əks etdirə bilməz..Təbii ki, saf hisslərlə yaşayanlara aiddi..Yoxsaki, qadınlar da var ki, şöhrətpərəst, maddiyyata dəyər verəndi..Onları çiçəyim böcəyim ilə aldatmaq olmur)....Iki insanın evləndikdən sonra da bir birlərinə xüsusi bir fərd kimi yanaşması üçün gərək ki, bizim milli vərdişlərdən uzaqda böyüyəsən).. Yoxsa bir müddətdən sonra uşaqlar böyüdükcə insan özünü atır arxa plana, bütün fikirləri övladların həyatına yönəlir..Müəyyən yaşdan sonra əksər xəyallar uşaqlar üzərində qurulur, evli olduğun insan haqda düşünməyi unutmağa başlayırsan..O xarici bəxtəvərlərdi elə 18 tamam edib övladı buraxırlar həyatın ağuşuna, öz həyatlarını yaşayırlar..Biz biçarələr isə, əlimizdə olsa, qəbrə girəndə də övladın yükünü özümüzlə qəbrə salarıq ki, son bir kömək əli uzadaq..

    Cavab yaz
  • Anonim
    Daglı · 13 Aprel 20:5941

    Yadıma olmuş bir hadisə düşdü. Bir dəfə Azərbaycanda mədəni tədbirlə əlaqədar, Moskvadan nümayəndə heyəti gəlmişdi,çoxu da gözəl qadınlardan ibarət,mən də işimlə əlaqəli olaraq həmin tədbirdə iştirak edirdim.Bizim musiqi sahəsindən olan hörmətli bir akademikiz bizləri bir-bir təqdim edirdi. Məni çatanda, xanımlara təxminən bu cür təqdim etdi :- ,,İstənilən vaxtda, istənilən gözəl xanıma vurula biləcək romantik oglan").

    Cavab yaz
    • Anonim
      asi · 13 Aprel 21:5830

      Adamı qatil olar)..

      Cavab yaz
      • Anonim
        Daglı · 14 Aprel 09:4200

        Salam,asi.Necəsən? Yazdıgın cümləni başa düşmədim(adamı qatil olar).xahiş edirəm yüngülcə izah et. Çingiz müəllimin danışıgına oxşadı)

        Cavab yaz
        • Anonim
          asi · 14 Aprel 09:5410

          Salam..Orada " ı" artıq düşüb..)Yəni akademikin dediyinə inansaq uşaqların anası qatilin ola bilər)

          Cavab yaz
          • Anonim
            Daglı · 14 Aprel 10:3620

            Özü əminliklə deyir ki,nə vaxtsa qatil olacaq.Artıq 20ildir ki deyir,amma hələ ki elə bir səbəb verməmişəm.Ona görə şükür ki hələ sagam. O sözü deyən Fərhad müəllim idi,sənin eloglun,məni yaxından tanıyan bir adamdı,Qonşu ölkədən mənimçün razılıg alınmasında böyük köməkliyi olub,Çingiz müəllimlə birgə).Özü haqqında da deyir mənimçün dediklərini.

            Cavab yaz
  • Anonim
    Roya · 13 Aprel 21:0550

    Esil sevgi tapılanda insan şair de olur,yazıçı da,ressam da.Ve ya qarşındakını bütün dünyanın en ideal insanı kimi görürsen,bezen cümlelerinin arasında soylemediklerini axtarıb tapırsan.Yeni çalişmaqla,düşünmekle hell oluna bilen bir mesele deyil.Asi xanımın yazdıqları tamamile doğrudur.

    Cavab yaz
    • Anonim
      asi · 13 Aprel 22:0130

      Salam Röya xanım..Siz də doğrusuz..Insanda ən güclü iki hiss var, biri sevgi, digəri qəzəb..Biri ilə qurub yaradarsan, digəri ilə yığıb dağıdarsan..Quranlar dağıdanlardan çox olsun)..

      Cavab yaz
  • Anonim
    İnanna. · 13 Aprel 22:0430

    Həə siz ancaq duyğulara görə dəyərləndirib bu qənaətə gəlirsiniz kii,”Qadınlar qulaqları ilə sevir kişilər isə gözlərilə”???Bəs qoxu??Bəs MHC??Day o biriləri sadalamayım.Qadın olaraq romantikadan zəhləm gedir.Tam ciddiyyətin içində elə bir incə baxış,söz,səmimiyyətdən doğan bir istək mənim üçün bir dünyadı.Hər şey dozasında gözəldi.

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Aprel 22:5220

      Səncanın,o MHC nədir elə?

      Cavab yaz
      • Anonim
        İnanna. · 13 Aprel 23:1920

        “major histocompatibility complex":)))

        Cavab yaz
        • Anonim
          Əsranur · 13 Aprel 23:3820

          :)))O MHC dan başqa bütün fikirlərini elə bildim ki mən yazmışam.Onu da axtarışa verdim,yaxşı şeymiş:)))Çox sağ ol əlavə məlumat üçün.

          Cavab yaz
      • Anonim
        Papatya · 13 Aprel 23:2320

        Men sorusacaqdim ele:))

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.