Maraqlı

"Abş hərbçiləri İŞİD-dən qətiyyən seçilmir" Trampın “İİKK qərarı” və İranın reaksiyası

14 Aprel 2019 19:10
0 Şərh     Baxış: 542

ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilatlar siyahısna daxil edə biləcəyi buna örnəkdir ki, İran strukturlarına qarşı sanksiyaların tətbiqi kimi əla ideya necə son dərəcə uzağa gedə bilər. Vaşinqtonun belə qərarı ciddi nəticələrə gətirə bilər.

Birləşmiş Ştatlar 2007-də bildirib ki, İİKK-in "əl-Qüds" xüsusi təyinatlı bölməsinin terrorçu təşkilatlara dəstəkdə əli var. İndiki sanksiyalar ballistik raketlərin hazırlanması və Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstəklə bağlı artıq sanksiyalarla üzləşmiş bütün İİKK-ə toxunacaq.

Milli.Az strateq.az-a istinadən bildirir ki, İran parlamentində Vaşinqtonun qərarına cavabda bildiriblər ki, Tehranın baxışınca, ABŞ silahlı gücləri İŞİD döyüşçülərindən heç nəylə seçilmir. İİKK komandanı, general-mayor Məhəmmədəli Cəfəri 2017-ci ildə oxşar açıqlama verərək qeyd edib ki, fərqi yoxdur, ABŞ silahlı gücləri kürəsəl miqyasda hərəkət edən İŞİD-dir.

Məlumatlara görə, ABŞ Müdafiə Nazirliyi və MKİ İKK-in terrorçu təşkilatlar siyahısına daxil edilməsinə qarşı çıxıb və bunda təəccüblü heç nə yoxdur, çünki Bağdadda fəaliyyət göstərən Amerika hərbçi və zabitləri zərbə altında qala bilər. ABŞ Müdafiə Nazirliyində 2007-ci ildən İİKK-in terrorçu təşkilatlar siyahısına daxil edilməsi ideyasına qarşı dirənirlər - ABŞ qərargah rəislərinin Birləşmiş Komitəsində bildiriblər ki, Birləşmiş Ştatlar onların hökumətlərinin sanksiyalaşdırdığı əməliyyatlara qatılan hərbi zabitlərin terrorçular siyahısına daxil edilməsindən həmişə ciddi-cəhdlə yayınıblar ki, Amerika hərbçilərinə münasibətdə oxşar cavab tədbirlərindən qaçsınlar. Xarici dövlət də  cavabında çox vaxt gizli hərəkət edərək üsyançılara hərbi yardım çatdıran Amerika xüsusi təyinatlısının zabitlərini terrorçular siyahısına daxil edə bilər.

Amerika və İran təhlükəsizlik xidmətləri arasındakı qarşıdurma bir neçə yöndə kəskinləşə bilər. Birincisi, İrana tabe İraq könüllü yığması keçmişdə artıq ümumilikdə 608 Amerika hərbçisini öldürüb. İkincisi, İİKK HDD qabaqlar 2016-cı ildə İran sularına soxulmuş Amerika hərbçilərini əsir götürüb, amma Amerika ekipajını tezliklə azadlığa buraxıb. Üçüncüsü, Beyrut ssenarisinin imkanlarını unutmağına dəyməz. İranın "Hizbullah"dan müttəfiqləri 1980-ci illərdə MKİ-nin sonradan sorğuda keçinmiş stansiya rəisi Uilyam F. Baklini və Amerika səfirliyinin hərbi atteşesi polkovnik Riçard Hiqqinsi oğurlayıblar.

İİKK-in terrorçu təşkilatlar siyahısına daxil edilməsi təkcə Amerika strukturlarını deyil, həm də İİKK təmsilçilərilə müntəzəm görüşlər keçirən İraq məmurlarını dilxor edir. "əl-Qüds"ün komandiri Qasim Süleymani İraqa müntəzəm səfər edir. Bağdadda İranın son üç səfiri "əl-Qüds"ün zabitləri olublar. ABŞ İraqa eyham vura bilər ki, "terrorçularla" ünsiyyətdə olmağına dəyməz. İran İraqla fəal iqtisadi əlaqələr saxlayır, buna görə də ABŞ-ın qərarı İraq iqtisadiyyatına mənfi təsir göstərə bilər. Məsələn, İrandan İraqın kəskin ehtiyacı olan elektrik enerjisi idxalı kəsildiyi halda. İİKK təmsilçilərinin İran iqtisadiyyatında gözəçarpar rol oynadığı nəzərə alınarsa, Amerikanın yeni sanksiyaları İİKK-in daha çox varlanmasına gətirəcək. İran iqtisadiyyatı xarici yatırımçılar üçün daha az cazibədar olarsa, onda İİKK təmsilçiləri daha aşağı qiymətlərə yeni aktivlər almaq imkanı əldə edəcəklər.

Bundan qabaqakı dəfə cinayətkar təşkilatlar siyahısına daxil edilən suveren dövlətin hərbi birləşməsi "Vaffen-SS" qoşunları olub. Nasist Almaniyasının bu qurumunu hərbi cinayətlər etmək və insanlığa qarşı cinayətdə ittiham ediblər. Doğrudanmı, İİKK-ə komandanlıq edən general-mayor Cəfəri reyxsfürer Henrix Himler qədər qorxuludur? Əlbəttə, yox.

İİKK-in terrorçu təşkilatlar siyahısına daxil edilməsi ciddi nəticələrə apara bilər. İran təhlükəsizlik qurumlarının əlinə düşən Amerika girovlarının sayı artacaq. O biri yandan, İİKK öz iqtisadi imkanlarını genişləndirə bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.