Maraqlı

Ankara boğazlarda NATO gəmilərinə qırmızı işıq yandıracaqmı? - QARA DƏNİZİN AÇARI TÜRKİYƏDƏDİR

14 Aprel 2019 23:05
0 Şərh     Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO üzvü 29 ölkənin xarici siyasət idarəsinin başçıları alyansın qurulmasınmın 70-ci ildönümü münasibətilə Rusiyanı hədəfə götürən birgə bəyanat qəbul ediblər.

NATO Rusiyanı "baş təhlükə" elan edərək qarşıdakı dönəmdə Qara dənizi mübarizə səhnəsi kimi müəyyən edib.

Deməli, ABŞ Dövlət Departamenti NATO-nun yubiley görüşünədək bildirib ki, Qara dənizdə Rusiyaya qarşı "tədbirlər zərfi" qəbul ediləcək.

Pompeonun göstərdiyi cəbhələr

Milli.Az strateq.az-a istinadən bildirir ki, ABŞ dövlət katibi Mayk Pompeonun ağağıdakı bəyanatı NATO-nun diqqəti hansı cəbhələrə toplamağı planlaşdırdığı haqda siqnal verir: "Vladimir Putin çoxdan imperializm haqda qara xülyalarla yaşayır. Bu, Gürcüstan və Ukraynaya soxulduğu tarixdən, Suriyaya və indi Venesuelaya müdaxilədən aydındır. O bizim alyansı parçalamaq və demokratiyanı saxlamaq səylərimizi zəiflətmək istəyir".

Amma ABŞ Gürcüstan və Ukraynaya soxulub ki, onlardan Rusiyaya qarşı istifadə etsin. ABŞ prezidenti Barak Obamanın Ukraynada hakimiyyət dəyişikliyində hansı rol oynadıqları haqda bəyanat-etirafı bundan danışır: "Biz Ukraynada hakimiyyət keçidi zamanı vasitəçi kimi çıxış edəndə Maydan etirazları Putini pis vəziyyətdə qoydu" (CNN-ə müsahibə, 3 fevral 2015-ci il).

Suriya və Venesuelaya Rusiya deyil, ABŞ müdaxilə edib! ABŞ Suriyanın üzərinə cumub ki, bu ölkəni parçalasın, vətəndaş savaşını alovlandırıb, budur, Venesuelada isə bir müddətdir ki, öz namizədini hakimiyyətə gətirməyə çalışır.

Rusiya Suriya və Venesuelada legitim hökumətləri dəstəkləmək mövqeyi tutub, Ukrayna və Gürcüstanda ona sui-qəsd əli uzadan ABŞ-a qarşı çıxıb.

ABŞ və Rusiyanın strateji mübarizəsi

ABŞ SSRİ-nin dağılmasıyla keçmiş sovet respublikalarına yerləşməyə can ataraq Rusiyanın hüdudlarında ona hücum strategiyasını izləyib. Bu məqsədlə Baltikyanı və Şərqi Avropa ölkələrini NATO və AB-yə qəbul edib, Rusiyanı qərbdən sıxışdırıb. Orta Asiya və Qafqazda möhkəmlənməyə çalışaraq cənubdan Rusiyaya basqı göstərməyə səy edib.

Nəticədə ABŞ və Rusiya arasındakı strateji savaş, təxminən, 30 ildir gedir. Rusiya ilk 20 ildə geri çəkilib, son on ildə isə hücuma keçib və ABŞ-ı durdurub. Putinin 2008-də Gürcüstana müdaxiləsi yeni dönəmin başlanğıcını qoyub. ABŞ-ın sonradan Suriya və Ukraynaya müdaxiləsi də Rusiya maneəsini tam dəf etməyə imkan verməyib.

Qara dənizin açarı Türkiyədədir

Burada bizim üçün sıradakı, doğrudan da, önəmlidir: NATO Rusiyanı hədəfə götürən ABŞ-ın strategiyası səbəbindən qarşıdakı dönəmdə Qara dənizdəki gedişlərə verdiyi qərar Türkiyəyə hansı təsiri göstərər...

Axı Qara dənizin açarı Türkiyədir: Ankarada Qara dənizin qapılarını NATO üçün açmağa, ya da əksinə, bağlamağa imkan verən güc/mövqe var. Türkiyə uzun müddət meylli idi ki, Qara dənizi ABŞ-ın üzünə "bağlasın". Qara dənizə çıxışı olan Bolqarıstan və Rumıniyanın 2004-2007-ci illərdə NATO və AB-yə qəbulu bu qıfılı sındırmaq cəhdiydi. O biri yandan, ABŞ Qara dənizdəki status-kvoya etiraz edərək Qara dəniz boyu ölkələri "özəl mövqe"dən məhrum etməyə çalışır. Bunun üçün isə, hər şeydən qabaq, Montre konvensiyasını ləğv etmək və yeni müqavilə bağlamaq gərəkdir. Bu konvensiyaya əsasən, qeyri-Qara dəniz dövlətlərinin hərbi gəmiləri Qara dənizdə 21 gündən çox qala bilməz, onların ümumi tonnajı 45 min tonu keçməməlidir.

Qara dənizdə NATO-ya qırmızı işıq yandırmaq gərəkdir

İndi NATO-ya üzvlüyü sual altına almaq çərçivəsində basqı vasitəsiylə Türkiyəni NATO-nun dənizdə iştirakının gücləndirilməsinə yaşıl işıq yandırmağa vadar edirlər.

Və Türkiyənin Ədalət və İnkişaf Partiyası NATO toplantısında "Biz alyansın məqsədlərinə ciddi tərəfdarıq" deyəndə mahiyyətcə bunu bəyənir!

Amma qeyd etmək önəmlidir: NATO üzvü kimi Ankaranın Rusiyanın Qara dənizdəki durumunu qəlizləşdirməli olan qərarlara dəstəyi, əslində, qabaqca bizim ölkəmizə mənfi təsir edəcək!

Türkiyə onsuz da Şərqi Aralıq dənizi bölgəsində güclü hücum altındadır. İndi yol vermək olmaz ki, Qara dənizdə oxşar cəbhə açılsın. S-400 məsələsini də, F-35 proqramını da, hətta NATO-ya üzvülüyü də bu çərçivədə dəyərləndirməli, baş verənlərin mənzərəsinə bütöv yanaşmalıyıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.