Maraqlı

Daxili üsyanları boğmaq, xaricdə könüllülər və husilərə hərtərəfli yardım, nəhəng biznes şəbəkəsi... İİKK-in İRANDA VƏ YAXIN ŞƏRQDƏKİ VƏZİFƏLƏRİ

14 Aprel 2019 20:25
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp İranın hərbiləşdirilmiş qurumunu terrorçu təşkilat elan edib. İnqilabi Qvardiya (habelə İslam İnqilabı Keşikçiləri Korpusu-tərc.) bütün Yaxın Şərqdə silahlı dəstələrə dəstəkdən savayı özəl şirkətlərə sahibdir və hətta bu yaxınlarda ölkədə daşqının öhdəsindən gəlməyə yardım edib.

...1979-cu il İslam İnqilabından sonra ölkənin daxili ehtiyacları üçün təhlükəsizlik xidməti kimi yaradılan hərbiləşdirilmiş qurum indi öz "uzun qolları"nı xaricə uzadır. İnqilabi Qvardiya İran ordusundan ayrı hərəkət edir, böyük iqtisadi aktivlərə sahibdir və birbaşa ali ruhsal lider Əli Xamnəiyə tabedir.

İİKK necə formalaşıb?

Milli.Az strateq.az-a istinadən bildirir ki, Qvardiyanı ayətullah Ruhulla Xomeyninin başçılıq etdiyi inqilabdan sonra İran ordusuyla yanaşı hərbi güc kimi yaradıblar. 1980-ci ildə qvardiyaçıları İraqla savaşa göndəriblər. İİKK savaşın səkkiz ili ərzində ideologiya, iqtisadiyyat və təhlükəsizlik sahəsində İslam Respublikasının aparıcı gücü olub.

Ölkə konstitusiyasına görə, İnqilabi Qvardiya birbaşa ölkənin Ali liderinə tabedir. İndi İslam İnqilabı Keşikçiləri Korpusuna Əli Cəfəri komandanlıq edir. İİKK-in sayı 125-150 min döyüşçü kimi dəyərləndirilir.

İİKK-in vəzifələrinə nələr daxildir?

Onun vəzifələrinə özəlliklə İranın ballistik raket proqramının inkişafı daxildir. Qvardiyaçılar 2015-də nüvə sazişi imzalandıqdan sonra son illərdə hətta silsilə raket sınaqları keçiriblər.

İranın nüvə proqramı üzrə sazişin buraxılışları yasaqlamadığına baxmayaraq, Amerikia hökuməti hesab edir ki, bu, sazişin ruhuna qarşıdır. Tramp ötən il ABŞ-ın beş başqa dövlət - Böyük Britaniya, Almaniya, Çin, Fransa və Rusiya ilə imzalanmış sazişdən çıxdığını elan edib.

İnqilabi Qvardiyanın Fars körfəzini Hind okeanıyla birləşdirən və neft daşıyan gəmilər üçün əsas marşrut rolunu oynayan Hörmüz boğazında dəniz donanması da var.

Qvardiya habelə Bəsicə - daxili üsyanları boğmağa sorumlu olan yarıhərbi könüllü yığmasına nəzarət edir. Təşkilata, əsasən, əhalinin marginal zümrəsindən təhsilsiz və gəliri aşağı səviyyəli adamlar girirlər.

İİKK-in aktivləri nədən ibarətdir?

İran iqtisadiyyatının müxtəlif sahələrindəki şirkətlər İnqilabi Qvardiyaya məxsusdur: yol salmaq, limanların, telefon şəbəkələrinin  istismarı və gözün lazer korreksiyası. İnqilabi Qvardiyanın əsas mülklərindən biri 135 min əməkdaşıyla mülki və təhlükəsizlik sahələrində, habelə neft yataqlarında işləyən "Xatəm-ül-Ənbiya" tikinti şirkətidir. İİK üzvləri hətta 70 adamın həyatını aparan daşqının öhdəsindən gəlməyə yardım ediblər.

Xamnəi İran bazarını əlavə oyunçulara açmaq üçün ötən il İnqilabi Qvardiyaya bir sıra şirkətlərin özəlləşdirilməsinə yardım etmək əmri verib. Prezident Həsən Ruhani də keçən il bir neçə dəfə qvardiyaçıların iqtisadi ekspansiyasını məhdudlaşdırmağa cəhd edib, amma nəticəsi olmayıb.

İnqilabi Qvardiya İrandan qıraqda necə işləyir?

"Qüds" gücləri İnqilabi Qvardiyanın xaricə inqilab ixracına və İrana müttəfiq ölkələrdə müxtəlif təşkilatların fəaliyyətinə nəzarət üçün sorumlu olan özəl bölməsidir. Bölmə son illərdə general Qasim Süleymaninin komandanlığı altında Suriyada vətəndaş savaşına fəal qatılıb - həm Bəşər Əsəd rejiminə müxalifətə, həm də İŞİD-ə qarşı.

Birləşmiş Ştatlar Süleymanini keçən illərdə ittiham edib ki, onun adamları İraq təşkilatlarına 2003-də körfəzdə ikinci savaşda amerikalılara baha oturan əldəqayırma partladıcı qurğuları necə düzəltməyi öyrədiblər. İran ittihamları rədd edib.

İİKK-ə daha hansı təşkilatlar tabedir?

İnqilabi Qvardiya bütün Yaxın Şərqdə bir sıra könüllü yığmaya və hərbi təşkilatlara dəstək verir. Bunların ən böyüyü 1982-ci ildə İsrailin Livanın güneyindəki hərəkətinə qarşı cavab kimi qurulmuş "Hizbullah"dır. Tehran son illərdə iki ölkənin sərhədi arasındakı sərhəddə Suriya rejiminin tərəfində mübarizə aparan İraq könüllülərinin bir neçə dəstəsinə yardım edib.

İİKK habelə Yəməndə 2015-ci ildə Səudiyyə Ərəbistanının başçılığı altında ərəb koalisiyasına qarşı savaşda husilərə əl tutur. ər-Riyad və müttəfiqləri Tehranı üsyançılara uzaqmənzilli ballistik raket verməkdə ittiham edirlər. Amma İnqilabi Qvardiya ittihamı rədd edir.

İİK həmçinin Pakistan və Əfqanıstanda könüllülərə dəstək verir. Onların son illərdə Suriya savaşında Əsədin tərəfindən iştirak üçün ələ alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.