Maraqlı

D vitaminini çox qəbul etdi, böyrəkləri sıradan çıxdı

12 Aprel 2019 22:40
0 Şərh     Baxış: 1 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada tibb alimlər D vitamini doza həddini aşması səbədindən 54 yaşlı pasiyentin böyrəklərinin sıradan çıxması kimi kliniki halı qeydə alıblar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, kişi 2 il ərzində hər gün tələb olunan dozanı 8 dəfə aşaraq vitamin qəbul etmişdir. 

Asiya ölkələrinə 2 həftəlik səfərdən sonra halı pisləşən kişinin qanında ailə həkimi kreatinin qanda çox yüksəldiyini təyin edir.

Nefroloqa gündə 8000 ME dozada D vitamin qəbul etdiyini etiraf edən pasiyent bunu sümüklərin əriməsinə qarşı etdiyini bildirib.

Orqanizmdə həddən artıq D vitamin artıqlığı böyrəklərin funksiyasını pozub. 

Həkimlərin səyi nəticəsində qandakı göstəricilər 1 ilə normaya düşsə də, pasiyentin böyrəklərini bərpa etmək mümkün olmadı.  Hazırda o dializ xəstəsidir.

Həkimlər insanların profilaktika məqsədilə dozanı bilib-bilmədən vitamin D qəbulundan narahatdır.
 
Vitaminin zərərsiz olduğunu düşünənlər bilməlidir ki, adi bir vitamin böyrək və qaraciyəri sıradan çıxara bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.