Maraqlı

3 valideynli uşaq dünyaya gəldi - Tibdə inqilabi YENİLİK

12 Aprel 2019 21:29
0 Şərh     Baxış: 3 044

İki qadının yumurta hüceyrələrinin və bir kişidən alınan sperma ilə dölləndirilməsindən sonra normal uşaq doğulub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 2,9 kiloqram olan körpənin və anasının vəziyyətinin yaxşıdır. Yunan və İspan həkimlərindən tibb tarixinə düşəcək bu üsulun, valideyn olmaq arzusunda olanlara ümid olacağı bildirilir. Bu üsul  irsi xəstəlik daşıyıcısı olan qadınların övlad sahibi olması üçün inkişaf etdirilmiş üsuldur. Lakin daha əvvəl İordaniyalı bir qadın da bu üsulla ana olub. Etik hesab olunmayan üsul sözügedən Yunanıstanda qalmaqal yaradıb. 

Müalicəsi olmayan mitokondriyal xəstəliklərə görə övladlarını itirən ailələrin də bu tarixi addımdan yararlanması gözlənilir. 
 
Donordan alınan yumurta hüceyrələrinin ananın yumurtası və atanın sperması ilə mayalandırılır. Yəni 3 nəfərdən sağlam uşaq dünyaya gəlir.

Müzakirələrə səbəb olan proses uşaqların ölümcül genetik xəstəliklərlə doğulmasının qarşısını almaq məqsədi daşıyır. Ananın xəstəlik daşıyıcısı olan mitokondrileri donordan alınan sağlam mitokondrilerlə dəyişdirilir. Bu birləşim nəticəsində dünyaya gələn uşaqda öz ana və atasının DNT-si ilə birlikdə donorun DNT-si də olacaq. Bu cür mayalanmanı həyata keçirəcək xəstəxana, artıq donor axtarışına başlayıb və hər il 25 cütlüyə kömək etməyi qarşısına məqsəd qoyub. Hətta xəstəxana bütün maddi ödənişləri də özünün edəcəyini açıqlayıb. 
 
Qeyd edək ki, mitokondriyal xəstəliklər hər hüceyrədə olan və qidanı enerjiyə çevirən mitoxondrilərin qüsurlu olmasına səbəb olur. Odur ki, hər 4300 uşaqdan biri əzələ zəifliyi, qavrama çətinliyi, diabet, ürək və ciyər çatışmazlığı kimi ölümcül ola biləcək simptomlarla dünyaya gəlir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.