Maraqlı

Ancelina Bredlə barışmaq istəyir - FOTO

12 Aprel 2019 20:06
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2,5 ildir Bred Pittlə boşana bilməyən Ancelina Colinin onunla barışmaq istədiyi iddia edilir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Colinin Pitti geri qazanmaq üçün məhkəməni uzatdığı bildirilir.

Üç bioloji və üç övladlıq uşağı olan cütlük qəyyumluq məsələsində razılığa gələ bilmədiklərinə görə, boşana bilmir.

"The Sun" qəzetinə danışan şahidlərdən biri "Ancelina yenidən ailə olmaq istəyir. Buna görə də, boşanma prosesinin hər detalını Bred üçün çətinləşdirir" deyə, bildirib.

Mənbənin məlumatına görə, Bred isə bu təklifi qəbul etmir.

Qeyd edək ki, cütlüyün 6 övladının qəyyumluğu məhkəmə nəticələnənədək Ancelinadadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.