Maraqlı

Ben Afflek Lindseydən ikinci dəfə ayrıldı

12 Aprel 2019 20:15
0 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ET Online" 46 yaşlı aktyor Ben Afflekin Lindsey Şukusdan ayrılma xəbərini yayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu, cütlüyün ilk ayrılığı deyil. Onlar ötən ilin avqustunda da ayrılmış, qısa vaxtdan sonra barışmışdılar. Həmin vaxt ayrılığa səbəb Benin "Playboy"un modeli Şon Sekstonla eşq yaşaması olmuşdu. 

İndiki ayrılığa səbəb isə Afflekin reabilitasiya mərkəzinə getməkdən imtina etməsi olub. "Onlar bir-birini sevir. Amma birlikdə xoşbəxt ola bilmədiklərini anladılar", - mənbə qeyd edib. 

Qeyd edək ki, teleprodüser işləyən Şukus Nyu-Yorkda yaşayır. Afflek isə çox vaxt Los-Ancelesdə olur. Aktyor uşaqlarının böyüdülməsinə çox vaxt ayırmağa çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.