Maraqlı

Döşəkdəki iynə ürəyinə batdı, 1 ay xəbəri olmadı - Tibdə kuryoz

12 Aprel 2019 21:16
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Vişnevskiy hospitalında maraqlı ürək əməliyyatı icra olunub. Belə ki, kişi pasiyentin ürəyində ilişib qalmış iynə çıxarılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, iynə döşəkdə olub və kişi yatan zaman qabırğaarası nahiyədən ürək əzələsinə qədər girib.

Daha sonra iynə ürəkdə gəzərək sınıb və ürəyin ortasında, mədəcik çəpərində ilişib.

Yaşadığı ərazidə həkimlər iynəni çıxarmağa cəhd etsə də bu alınmayıb.

Ona görə o, mərkəzi hospitala köçürülüb, burda açıq ürək əməliyyatı aparılaraq, əvvəl süni olaraq ürəyin fəaliyyəti dayandırılıb, daha sonra yad cisim ürəkdən ehtiyatla çıxarılıb.

Hazırda xəstənin vəziyyəti yaxşılaşmağa doğru gedir.

Həkimlər təcrübələrində ürəkdə iynə və digər yad cisimlərin ilişib qalması ilə rastlaşdıqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.