Maraqlı

İsrailin Ay missiyası alınmadı - Qəza baş verdi - VİDEO - FOTO

12 Aprel 2019 10:48
0 Şərh     Baxış: 1 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Aya yolladığı "Beresheet" aparatı Yerin təbii peykinin səthinə enə bilməyib, qəzaya uğrayıb.

Milli.Az Reuters-ə istinadən bildirir ki, İsraildəki "Spacell" şirkətinin hazırladığı və fevralın 11-də ABŞ-dakı "SpaceX" şirkətinin "Falcon 9" daşıyıcı raketi vasitəsilə orbitə çıxarılmış aparatın qəza səbəbləri açıqlanmır.

Missiyanın planına görə, "Beresheet" Aydakı Aydınlıq dənizinin şimal-şərq hissəsində, maqnit anomaliyalarının olduğu yerdə enməli idi. ABŞ-ın "Apollo-15" və "Apollo-17" aparatları bu məkanda Aya enmişdilər.

İlk əvvəl hər şey yaxşı idi. Zond-aparat Ay səthindən 22 km yüksəklikdə selfi çəkərək Yerə yollamışdı. Lakin sonradan aparatdan telemetriya gəlməyib. Telemetriya bərpa olunanda isə "Beresheet"in əsas mühərrikində problem yaranması barədə məlumat alınıb. Mühərrik işə salınanda artıq çox gec idi. Aparat həmin vaxt Aydan cəmi 149 metr yüksəklikdə idi.

"Aparatı itirdik. Əfsuslar ki, uğurlu enişi reallaşdıra bilmədik", - Layihəni dəstəkləyən "Israel Aerospace Industries" şirkətinin nümayəndəsi Ofer Doron deyib.

İsrailin baş naziri Binyamin Netanyahu "Beresheet"in idarəolunma mərkəzində olub. Qəzadan sonra o deyib: "Aparatımızın yaxın üç ildə Aya enməsinə nail olacağıq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İsrailin Ay missiyası alınmadı - qəza baş verdi - 1

İsrailin Ay missiyası alınmadı - qəza baş verdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.