Maraqlı

Alimlər Antarktikada niyə qədim buz qatını deşmək istəyir?

11 Aprel 2019 21:02
0 Şərh     Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yer üzündəki iqlimin son 1,5 milyon il ərzində necə dəyişdiyini təhlil etmək məqsədi güdən iddialı layihəyə start verilib.

Avropa konsorsiumu dekabr ayında Antarktidaya elmi ekspedisiya göndərib oradakı buz qatında dərin buruq qazacaq.

Məqsəd Antarktidanın buz qatının təxminən 3 kilometrlik dərinliyindən tədqiqat aparmaq məqsədi üçün buz nümunəsini əldə etməkdir.

Alimlər qədim zamanlarda Yer üzündə buzlaq dövrlərinin tez-tez dəyişməsinin səbəbini aydınlaşdırmağa ümid edirlər.

Tədqiqatçılar hesab edirlər ki, araşdırmanın nəticələri müsair dövrdə iqlim istiləşməsinin nə miqyas ala biləcəyini müəyyən etməyə kömək edə bilər.

"900 000 il bundan əvvəl nəsə baş verib - buzlaq dövrlərinin müddəti 40 000 ildən 100,000 ilədək dəyişib, səbəbini isə bilmirik", - Fransanın Grenoble şəhərindəki Ətraf Mühit Geologi Elmlər İnstitutundan doktor Catherine Ritz BBC-yə deyib.

Doktor Ritz sözügedən layihəyə start verilən Avropa Geoloji Elmlər Baş Assambleyasında çıxış edib.

Antarktidadakı quyunun Dome Concordia adı ilə tanınan Fransa-İtaliya elmi stansiyasından 40 km cənub-qərbdə qazılacağı bildirilib.

Presentational white space

Beyond-EPICA adlı layihədə 10 ölkənin 14 institutu iştirak edəcək.

Buz örtüyündən buz mili görünüşündə nümunənin çıxarılması 5 il çəkəcək, daha bir il isə buzun nümunəsinin öyrənilməsinə sərf olunacaq.

30 milyon avro həcmində dəyərləndirilən layihənin xərci Avropa İttifaqının "Horizon 2020" adlı elmi büdcəsindən ödəniləcək.

Buz parçasının içindəki kürəciklərBuz parçasının içində hava kürəcikləri qədim dövrlərdə olan atmosferin tərkibi barədə məlumatı təmin edir.

Buz nümunəsindən iqlimin dəyişməsi barədə nəyi öyrənmək olar?

Antarktidaya milyonlarla il ərzində qar yağıb.

Qar örtüyü sıxlaşdıqca və buz örtüyünə çevrildikcə, müvafiq zaman dövrünə aid hava kürəcikləri həmin buz qatının içində qalıb.

Həmin kürəçiklər qədim zamanlara aid atmosferin nümunələridir.

Alimlər həmin nümunələrdə karbon qazı, metan və digər qazların miqdarını müəyyən edə bilərlər.

Donmuş molekulların içində ilişib qalmış atomların təhlili isə müvafiq dövrlərə aid havanın temperaturu barədə də məlumat təmin edir.

İndiyədək buzlaq örtüyündə qazılmış ən dərin buruğun uzunluğu 2774 metr, diametri isə 10 sm olub.

Həmin buz nümunəsi Antarktidada 1996-2004 illərdə çıxarılıb.

EPICA adlı həmin nümunə 800,000 illik zaman kəsiyinə aid hava temperaturu və atmosferdəki karbon qazının miqdarı barədə məlumatı təmin edib.

Aparılmış təhlillər göstərib ki, Yer üzündə soyuqlar düşəndə, buzlaq dövrü başlayanda atmosferdə istixana qazlarının miqdarı da azalıb.

İqlim istiləşəndə isə, karbon qazının payı havada yenidən artıb.

EPICA nümunəsinə əsasən, bu dövrlər təxminən, hər 100 000 ildən bir baş verib.

Lakin dünya okeanın dibindəki çöküntülərin təhlili göstərib ki, daha qədim zamanlarda iqlimin istiləşməsilə soyuması arasında dövr daha qısa olub - təxminən, 41 000 il.

Mümkün səbəblər

Yerin fırlanma oxu Günəşə nisbətən uzun müddət ərzində cüzi olaraq istiqamətini dəyişir. Bu cür dəyişmələr tsiklik səciyyə dəyişir və Yer üzündə iqlimin istiləşib-soyumasına səbəb olur.

Bu mexanizm sayəsində iqlimin temperatur dəyişikliyi 1.5C dərəcədən çox olmur.

Lakin məlumdur ki, buzlaq dövrlərində havanın temperaturu 6C civarında dəyişib.

Bu isə o deməkdir ki, iqlim dəyişikliyi mexanizmində hansısa başqa proseslər də iştirak etməlidir.

Alimlər güman edirlər ki, Beyond-EPICA tədqiqatı nəticəsində bu prosesdə istixana qazlarının təsirini dəqiqləşdirmək mümkün olacaq.

Avropanın yer seçimi düzgündürmü?

ABŞ, Rusiya, Çin, Yaponiya və Avstraliya da daxil, Antarktidada bir çox dövlətlər buz örtüyünün ən dərin qatlarına gedib çıxan buruq quyusu qazmaq arzusundadır.

Avropanın layihəsi tətbiq olunma mərələsinə çatmış öndə olan layihədir.

Qazma işlərinin aparılacağı yerin tədqiqat stansiyasına yaxın olması nəqliyyat-logistika prosesini xeyli asanlaşdırıb.

"Qazılacaq quyudan çıxarılan buz nümunəsi 4 metr uzunluğunda olacaq, - Britaniya Antarktida Xidmətindən doktor Rob Mulvaney qeyd edir. - Həmin nümünə, uzunluğu 1 metr olan hissələrə bölünəcək".

Alimin sözlərinə görə, buz nümunəsi parçalarının bir hissəsi Antarktidada arxiv kimi saxlanacaq, digər hissəsi isə Avropaya təhlil olunmaq üçün gətiriləcək.

EPICA buz nümunəsiEPICA layihəsi çərçivəsində buzlaqda 1996-2005 illərdə qazılmış quyudan çıxarılmış buz nümunəsi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.