Maraqlı

Alimlər açıqladı: Qadınlar çılpaq yatsın

11 Aprel 2019 19:21
10 Şərh     Baxış: 5 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər dərin yuxuya getmək istəyən qadınların bunun üçün çılpaq yatmalı olduqlarını bildiriblər.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, mütəxəssislər yuxuda olan zaman paltarımız və yorğanın yaratdığı istilik hissinin bakteriyaların yaranması üçün şəraitə səbəb olduğunu bildirib. 

Yuxuda olarkən xüsusən də ayaq, qoltuq altı və genital bölgələrəin havalanmaması bişməcə və ayaq göbələyinə səbəb olur. Sağlam cinsiyyət orqanı, sağlam cinsi həyat, arıqlamaq, stresi azaltmaq və yuxu keyfiyyətini artırmaq üçün pijamaları soyunun və xüsusən də qadınlar çılpaq yatmalıdırlar.
Tez yuxuya getmək üçün bədən istiliyini azaltmaq faydalıdır. Bundan başqa, yataq otağında çılpaq olmaq sadəcə dərin yuxuya getmək üçün yox, bədən imici və özgüvəni artırmaq üçün də kömək edir.

Amma alimlər qeyd ediblər ki, çılpaq yatarkən corab geyinmək lazımdır. Çünki insan bədəninin qan dövranı yuxu zamanı dəyişə bilər və bir çox insanın ayaqlarının soyuması ilə nəticələnə bilər. Soyuq ayaq isə yuxunun qaçmasına səbəb ola bilər. Bununla yanaşı, alimlər qeyd edirlər ki, corab yun və ya pambıq parçadan olmalıdır, ucuz və sintetik corablar isə ayağı tərlədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.