Maraqlı

Avstraliyada supermarketlər şəbəkəsi okeana atılan arabalara görə cərimələnə bilər

10 Aprel 2019 21:43
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Oqasta limanı şəhər şurası sahil sularından çıxarılan 500-dən çox ticarət arabasına görə supermarketlər şəbəkəsini böyük məbləğdə cərimə ilə hədələyib.

Ölkənin cənubundakı Spenser körfəzində batırılmış ticarət arabalarının çıxarılmasına 2018-ci ildən başlanılıb. Lakin sonradan məlum olub ki, bu, çox böyük təbii fəlakətdir. Belə ki, sualtı çəkilişlər zamanı Oqasta limanında suyun dibində arabalardan əmələ gəlmiş böyük maneələrin olduğu meydana çıxıb. Həmin arabalar burada hətta gəmilərin hərəkətinə və insanların istirahətinə böyük təhlükə yaradır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bəzi yerlərdə arabaların əmələ gətirdiyi təpələrin hündürlüyü 6 metrə çatır və okeanın çəkilməsi zamanı suyun üzərində onları görmək mümkündür.

Oqasta limanı bələdiyyəsi arabaların çıxarılması üçün 40 min Avstraliya dollarının (təqribən 28,4 min ABŞ dolları) lazım olduğunu hesablayıb.

Oqasta limanı şəhər şurasının sədri Melissa Kreçmer telekanala bildirib ki, suyun dibində olan tullantıların 90 faizi supermarketin əmlakıdır və biz ətraf mühiti korladıqlarına görə onu həmin məbləğdə cərimələyə bilərik.

Eyni zamanda, şəhər şurası etiraf edib ki, arabaların dənizin dibinə atılması yalnız supermarketlər şəbəkəsinin deyil, həm də onları ora atan alıcıların günahıdır.

Buna görə də şəhər şurası supermarketə müraciət edərək öz arabalarını qorumağı və onların dənizə atılmasına yol verməmək üçün əlavə tədbirlər görməyi xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.