Maraqlı

Qara çantalarla sağollaşmaq vaxtıdır - FOTO

21 Aprel 2019 07:55
0 Şərh     Baxış: 2 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün qaynar trendi qarderobunuza mütləq kök salmalıdır.

Milli.Az xəbər verir ki, qışda tez ləkələndiyi üçün ağ ayaqqabı və çantaları kədərlə bir küncə atırıq. Sadəcə bədənimizi deyil, ruhumuzu da isidən yaz mövsümü imkan verir ki, uzun müddət qarderobda "işsiz-gücsüz" qalan ağ geyim və aksessuarlardan indi doyunca istifadə edək. Odur ki, "təravətləndirici" aksessuarı xatırlamaq zamanıdır.

Dizaynerlərin sözlərinə görə, çantalarda ağın bütün çalarları bu yazın ən uğurlu aksessuarı olacaq. Dünyanın bir çox lüks və demokratik moda evləri ağ çantalar təklif edir. Bu baxımdan dizaynların çeşidləri də olduqca fərqli və orijinaldır.

Əgər 2017-ci ildə podiumları ağ dəri botlar zəbt etmişdisə, indi 1960-cı illərin müxtəlif ölçülü ağ çantaları trend zirvəsini fəth etmək üzrədir. Xüsusilə "Balenciaga" brendinin futuristik, "Chanel"in isə miniatür ağ çantaları modapərəstlərin böyük diqqətini çəkib.

Yadda saxlayın ki, bəyaz çantalar açıq və eyi rəngli ayaqqabılarla daha mükəmməl təsir bağışlayır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.