Maraqlı

Səmada su daşıyan atmosfer çayları nədir?

11 Aprel 2019 23:40
0 Şərh     Baxış: 1 404

Yer üzündə suların daşındığı çayları görməyə öyrəşmişik. Bəs, sizə suyun buxar halını daşıyan atmosfer çaylardan danışaqmı?

Çaylar təbiətdəki suların bir araya gəlib daha böyük su kütlələrilə birləşməsini təmin edən təbii strukturlardır. Bəs, maye halındakı suyun buxar halını daşıyan səmadakı çaylardan xəbəriniz varmı?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, atmosfer çaylar haqqında çoxlu araşdırmalar mövcuddur. Bunlardan biri də İllinois Universitetində Fransina Domingez tərəfindən reallaşdırıldı. Domingez atmosfer çayların sıx su buxarı daşıyan uzun və dar dəhlizlərin olduğundan danışır. Bu tərif 1990-cı illərin əvvəlində meteoroloq Recinald Nyuvel və Yonq Junun nəşr etdiyi bir jurnalda ortaya çıxmışdı.

Domingez səmadakı çayların tipik olaraq okeanların üzərində meydana gəldiyini ifadə edir. Buna əlavə olaraq, qurudakı çayların əksinə səmadakı çaylar, çox daha sürətli hərəkət edə bilirlər. Üstəlik qərb ABŞ-dakı sıx yağışların səbəblərindən biri olaraq da atmosfer çayları göstərilir.

Atmosfer çayların sıx olaraq təsir etdiyi bölgələr arasında Çili, Avstraliya, Cənub Afrika və Qərb Avropa var. Domingezin hesabatına görə, bu bölgələrdəki rütubətin 90%-ni atmosfer çaylar meydana gətirir.

Bu təbiət hadisəsinin dünyadakı su buxarı paylanılmasına ən böyük təsiri təmin edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.