Maraqlı

Peyğəmbərə itaət etməyin misalı

14 Aprel 2019 22:50
0 Şərh     Baxış: 582

Cabir ibn Abdullah demişdir: "Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yatmış ikən mələklər onun yanına gəldilər. Onlardan bəzisi: "O yatıb"- dedi, bəzisi isə: "Onun gözləri yatsa da, qəlbi oyaqdır"- dedi. Sonra onlar dedilər: "Bu dostunuz barədə yaxşı bir misal çəkmək olar, gətirin o misalı." Bəziləri: "O yatıb"- dedilər, bəziləri də: "Onun gözləri yatsa da, qəlbi oyaqdır"- dedilər. Sonra mələklər dedilər: "Onun halı bir ev tikib içində ziyafət verən və insanları yeməyə dəvət edən kimsənin halına bənzəyir. Kim dəvətçinin dəvətini qəbul etsə, evə daxil olub yeməkdən yeyər. Kim dəvətçinin dəvətini qəbul etməzsə, nə evə girər, nə də yeməkdən yeyə bilər." Mələklər dedilər: "Bu misalı ona yozun ki, onu başa düşsün." Bəziləri: "O yatıb"- dedilər, bəziləri də: "Onun gözləri yatsa da, qəlbi oyaqdır"- dedilər. Sonra mələklər bunu belə izah etdilər: "O ev - Cənnətdir, dəvətçi isə Muhəmməddir. Kim Muhəmmədə itaət etsə, Allaha itaət etmiş olar, kim Muhəmmədə asi olarsa, Allaha asi olmuş olar. Muhəmməd insanları bir-birindən ayırmışdır ". (əl-Buxari, 7281). Həmçinin, Peyğəmbər demişdir: "Ümmətimdən hər kəs Cənnətə daxil olacaq. Yalnız bundan imtina edən kimsələrdən başqa." Əshabələr təəccüblə soruşdular: "Ya Rəsulullah, kim imtina edəcək?!" Peyğəmbər buyurdu: "Mənə itaət edən kimsə Cənnətə girər, mənə asi olan kimsə isə imtina etmiş olar." (əl-Buxari, 7280).

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.