Maraqlı

Peyğəmbərin çəkdiyi məsəllər

14 Aprel 2019 23:40
0 Şərh     Baxış: 5 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pey­ğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: "Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yan-yörə­sindən keçir, ona təəccüb edir və deyirlər: "Nə üçün bura bir kərpic qoyul­mayıb?" Sonra Peyğəmbər davam edib dedi: "O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam." (əl-Buxari, 3535).

Peyğəmbər demişdir: "Mənim və Allahın mə­nimlə göndərdiyi dinin misalı, həmqəbilələrinin yanına gəlib onlara: "Mən düşmən ordusunu öz gözlərimlə gördüm, mən çılpaq olaraq qöv­mü­nü xəbərdar edən birisiyəm, qaçın canınızı qurtarın"- deyən kimsənin mi­sa­lı­na bənzəyir. Onlardan bir qismi onun sözünə baxıb axşam düşənədək ya­vaşca aradan çıxmış və düşməndən xilas olmuşlar, geridə qalanları isə onu ya­lançı hesab etmiş, düşmən də səhərə yaxın onlara hücum edib hamı­sını məhv etmişlər." (əl-Buxari, 6482).

Allahı zikr edənin misalı
Peyğəmbər demişdir: "Rəbbi­ni yad edənlə yad et­məyən kimsənin misalı diri ilə ölünün misa­lına bənzəyir." (əl-Buxari, 6407).

İnsanın malının, ailəsinin və əməlinin məsəli
Milli.Az zikr.az-a istinadən bildirir ki, Allah Elçisi demiş­dir: "Adəm oğlunun malının, ailəsinin və əməlinin məsəli üç qardaşı və ya üç dostu olan kişinin məsəli kimidir. Onlardan biri (malı) deyir: "Həyatında mən səninləyəm. Sən öldükdə isə nə mən səninlə, nə də sən mənimləsən". O biri (ailəsi) deyir: "Mən səninləyəm. Sən o ağaca çatdıqda, nə mən səninlə, nə də sən mənimləsən". Digəri isə (əməli) belə deyir: "Sən diri ikən də, ölü ikən də mən səninləyəm".

Yaxşı dostla pis dostun məsəli
Peyğəmbər de­miş­dir: "Yaxşı dostla pis dos­tun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlayar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldi­yi­ni duyarsan. Körük vurana gəldikdə isə, ya o sənin paltarını yan­dırar, ya da ondan pis iy gəldiyini hiss edər­sən".

Xəsislə əliaçıq adamın məsəli
Peyğəmbər demişdir: "Xə­sislə əliaçıq adamın məsəli, əyninə, sinədən kör­pücük sü­mük­lərinə qədər olan hissəsini örtən, dəmir cübbə geymiş iki adamın məsə­linə bən­zəyir. Əli­açıq adama gəlincə, o, hər dəfə öz malından xərclədikdə cüb­bəsi geniş­lə­nir, yaxud böyüyür və bu genişlənmə cübbəsi ta onun barmaq­larının üstünü örtənə qədər və ayaq izlərini silənədək (beləcə böyüyüb genişlənir). Xəsislik edənə gəldikdə isə o, hər dəfə malından xərcləmək istə­dikdə cüb­bənin də­mir həlqəsi yerinə yapışır və o, cübbəsini genişləndirməyə çalışsa da, cübbə ge­niş­lənmir ki, genişlənmir".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.