Maraqlı

Budur onların misalı

14 Aprel 2019 19:40
1 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Müsəlmanların, yəhudilərin və nəsranilərin misalı, müəyyən zəhmət haqqı müqabilində səhərdən gecəyə qədər işlərini görəcək işçilər tutmuş bir nəfərin misalı kimidir. Onlar günortayadək onun üçün işlədikdən sonra dedilər: "Sənin bizə vəd etdiyin zəhmət haqqına ehtiyacımız yoxdur. Qoy etdiklərimiz də heç olsun." Adam onlara: "Belə etməyin! Qalan işinizi tamamlayın və zəhmət haqqınızı tam olaraq alın"- dedi. Onlar isə bundan imtina etdilər və onu tərk edib getdilər. Bunlardan sonra həmin adam iki işçi tutdu və onlara: "Bu günün qalan saatlarını tamamlayın, onlara vəd etdiyim zəhmət haqqı sizin olsun. Onlar əsr namazının vaxtınadək işlədikdən sonra dedilər: "Qoy etdiklərimiz puç olub getsin. Üstəlik bizə vəd etdiyin zəhmət haqqı da sənin olsun." Adam onlara: "Qalan işinizi tamamlayın. Axı günün başa çatmağına çox az qalıb"- dedi. Onlar isə imtina etdilər. Sonra həmin adam günün qalan hissəsində onun üçün işləsinlər deyə bir dəstə işçi tutdu. Onlar günün qalan hissəsini ta gün batanadək işlədilər və (özlərinin zəhmət haqqı ilə yanaşı) əvvəlki iki dəstənin zəhmət haqqını da alıb getdilər. Budur onların misalı və onların bu nurdan qazandıqlarının misalı." (əl-Buxari, 2271).

Milli.Az zikr.az-a istinadən bildirir ki, həmçinin, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Sizdən öncə gəlib-getmiş ümmətlərin (dünyada qaldığı müddətlə) müqayisədə sizin qaldığınız müddət əsr namazından günbatana qədər olan vaxt kimidir. Tövrat əhlinə (yəhudilərə) Tövrat verilmişdi və onlar (Allahın hökmlərinə) riayət edirdilər. Nəhayət, günortaya yetişdikdə yorulub əldən düşdülər və buna görə də onlara bir qirat mükafat verildi. İncil əhlinə də (xristianlara) İncil verilmişdi və onlar əsr namazınadək (Allahın hökmlərinə) riayət etdilər. Nəhayət, yorulub əldən düşdülər və buna görə də onlara bir qirat mükafat verildi. Daha sonra bizə Quran verildi və biz gün batanadək (Allahın hökmlərinə) riayət etdik, buna görə də bizə iki qirat (mükafat) verildi. Belə olduqda Qiyamət günü hər iki Kitab əhli deyəcək: "Ey Rəbbimiz! Sən onlara iki qirat, bizə isə bir qirat verdin. Halbuki biz onlardan daha çox əməl etmişik". Allah buyuracaq: "Məgər Mən sizə mükafat verdikdə sizə qarşı haqsızlıq etmişəm?" Onlar: "Xeyr!"- deyə cavab verəcəklər. Onda Allah buyuracaq: "Bu, Mənim lütfümdür, onu istədiyimə verirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.