Maraqlı

Gecə namazı necə qılınır?

14 Aprel 2019 22:20
0 Şərh     Baxış: 2 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə namazı (və ya təhəccüd namazı) fərz namazlarından sonra ən fəzilətli namaz sayılır. Gecə namazı ən çox on üç rükət qılınır. Bundan az da ola bilər.

Milli.Az zikr.az-a istinadən bildirir ki, iki rükət, iki rükət qılınır (hər iki rükətdən sonra salam verilir), sonda 1 və ya 3 rükət vitr namazı qılınır. İstəyən yalnız vitr namazını qıla bilər. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki; Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) minbərdə ikən bir kişi ondan gecə namazı haqqında soruşduqda o dedi: "İki rükət, iki rükət qılın. Sübh namazının vaxtının daxil olmasından qorxduğunuz zaman bir rükət vitr namaz qılıb cüt-cüt qıldığınız namazların cəmi sayını təkləşdirin. Beləliklə də vitri gecə qıldığınız namazların sonuncusu edin". (Səhih Muslim).
Gecə namazı İşa namazından sonra Sübh namazının vaxtına qədər qılmaq olar. Lakin ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır. Gecənin üçdə bir hissəsini hesablamaq üçün günbatan vaxtdan (Məğrib namazının girmə vaxtı)  Sübh namazına qədər olan vaxtı üç hissəyə bölür və axırıncı hissəni götürürsünüz.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Uca və Ulu Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: "Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki, Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu ba­ğış­la­yım?!" (Səhih əl-Buxari).
Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) ona belə demiş­dir: "Alla­hın ən çox xoşuna gələn namaz Davudun qıldığı namaz, ən çox xoşuna gə­lən oruc isə Davu­dun tutduğu orucdur. Davud gecənin yarısını yatar, sonra qal­xıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı. Oru­cu da günaşırı tutardı". (Səhih əl-Buxari).
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.