Maraqlı

Özündən çox qabıqları faydalı olan meyvə

13 Aprel 2019 23:50
0 Şərh     Baxış: 2 107

Ananası xoşlayan, onu mütəmadi olaraq yeyənlər çoxdur. Amma yəqin ki, bu tropik meyvənin qabığının faydaları haqda çox az insan bilir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, onun qabıqları içərisindən ikiqat faydalıdır. Qabıqlarda daha çox bromelanin maddəsi toplanıb ki, bu da orqanizm üçün bir çox əvəzolunmaz xüsusiyyətlərə malikdir. Bu maddənin həzmi asanlaşdırdığı, artıq çəkidən qurtulmağa kömək etdiyi, sellülitləri yox etdiyi, sidikqovucu olduğu, bədəndə olan artıq mayeni xaric edərək şişkinliyin aradan qaldırdığı bildirilir.

Bromelaninin xərçəng hüceyrələrinin yayılması, böyüməsinin qarşısını almaq, ən çox da prostat və yoğun bağırsaq xərçəngindən qorumaq qabiliyyəti də var.

Ona görə də ananasın qabığını soyanda tullamaq yox, müxtəlif qarışımlar hazırlamaq lazımdır.

Onlardan biri də ananas qabığı çayıdır.

Ananas qabığından çay necə hazırlanır?

Bir ədəd ananasın qabığını yuyandan sonra doğrayıb, 1 saat duzlu suda saxlayın. Bir saat sonra üzərinə 2 litr su, bir parça zəncəfil, bir hissə darçın və para limon əlavə edib, bir neçə dəqiqə qaynadın.  

Bu çaydan gündə 3 dəfə yemək arasında içmək olar.

Bundan başqa, ananas qabığını yuyub doğrayandan sonra üzərinə çıxacaq qədər qaynar su töküb 1 saat gözləyin. Sonra suyu süzün və ona bal əlavə edin. Bu, öskürəyə qarşı çox faydalı hesab olunur.

Ananas qabığından döyənəklərin müalicəsi məqsədi ilə də istifadə olunur. Qabığı soyub gecə döyənəyin üzərinə qoyun və səhərə kimi saxlayın. Qabıq ölmüş dərini asanlıqla parçalaya bilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.